14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Los-Ancelesdəki yanğınlarda ölənlərin sayı 20-i keçib

ABŞ-ın Los-Anceles şəhəri və ətraf bölgələrində günlərdir davam edən meşə yanğınlarını hələ də nəzarət altına almaq mümkün olmayıb.

13 Yanvar 2025 12:16
Los-Ancelesdəki yanğınlarda ölənlərin sayı 20-i keçib

Bakı,AzerVoice

ABŞ-ın Los-Anceles şəhəri və ətraf bölgələrində günlərdir davam edən meşə yanğınlarını hələ də nəzarət altına almaq mümkün olmayıb.

AzerVoice xəbər verir ki, son rəsmi məlumata görə, təbii fəlakət 40 min hektar ərazini külə çevirib, minlərlə evə ciddi ziyan vurub və 24 nəfər həyatını itirib.

Los-Anceles County Coroner Office ölənlərin sayının artdığını təsdiqləyərək, İton bölgəsində 16 nəfər, Palisadesdə isə 8 nəfərin öldüyünü açıqlayıb.

Rəsmi mənbələrə görə, 16 nəfər hələ də itkin düşmüş hesab edilir və bu rəqəmin artma ehtimalı var. Yanğınların yayılma təhlükəsi səbəbindən təxminən 150 min insan üçün təxliyə əmri verilib. 700-dən çox insan sığınacaqlara yerləşdirilib.

Səlahiyyətlilər, yanğın nəticəsində itkin düşənlər barədə məlumat vermək üçün xüsusi əlaqə mərkəzi yaratdıqlarını bildiriblər. Eyni zamanda, təxliyə edilən sakinlərə evlərinə dəyən ziyanı qiymətləndirə biləcəkləri onlayn məlumat bazası təqdim olunub.

Milli Meteoroloji Xidmət rəsmiləri yanğını gücləndirə biləcək küləklər barədə xəbərdarlıq edib. Yanvarın 15-nə qədər küləyin davam edəcəyi və alovların daha geniş ərazilərə yayıla biləcəyi ehtimal olunur.

Yanğınsöndürmə briqadaları fasiləsiz çalışsa da, güclü külək və quru hava şəraiti yanğını nəzarət altına almağı çətinləşdirir. Səlahiyyətlilər, insanlara təxliyə əmrlərinə ciddi əməl etməyi və təhlükəsiz bölgələrə sığınmağı tövsiyə edib.

Qeyd edək ki, yanvarın 7-də Los-Ancelesdə dəbdəbəli məhəllələrindən birində baş verən yanğınların 6 ayrı sahədə davam etdiyi və hazırda yanğında 24 nəfərin həlak olduğu rəsmilər tərəfindən açıqlanıb. Yanğınların səbəbləri hazırda araşdırılır, lakin rəsmi mənbələr havanın quraq və küləkli şəraitinin alovun sürətlə yayılmasına səbəb olduğunu qeyd edirlər.

Məqalədə: #ABŞ #meşə yanğınları #Los-Anceles

Mövzu üzrə digər xəbərlər

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
09:00
Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.