11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Netanyahu məhkəmədə mühakimə edilməlidir - Avropa Parlamenti

Avropa Parlamentində keçirilən Baş Assambleyada Qəzzadakı humanitar böhran və İsrailin hərəkətləri ilə bağlı ciddi müzakirələr aparılıb.

21 Yanvar 2025 14:00
Netanyahu məhkəmədə mühakimə edilməlidir - Avropa Parlamenti

Bakı, AzerVoice

Avropa Parlamentində keçirilən Baş Assambleyada Qəzzadakı humanitar böhran və İsrailin hərəkətləri ilə bağlı ciddi müzakirələr aparılıb.

AzerVoice xəbər verir ki, sessiyada bir çox deputat, xüsusən İsrailin Baş Naziri Binyamin Netanyahunun beynəlxalq məhkəmə qarşısında mühakimə olunmasına çağırıb.

Onlar İsrailin Fələstində həyata keçirdiyi hərbi əməliyyatları insan haqları və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndiriblər.

Polşalı deputat Qrzeqorz Braun Netanyahunu və onunla birlikdə hərəkət edən şəxslərin məhkəmə qarşısına çıxarılmalı olduğunu və cəzalandırılmalarını tələb edib.

Fransalı deputat Mounir Satouri isə son 15 ayda Qəzzada baş verənlərə görə beynəlxalq hüquq çərçivəsində məsuliyyət tələb edib.

İrlandiyalı deputat Lin Boylan isə Avropa İttifaqını (Aİ) bu münaqişədə təsirli bir mövqe tutmamaqda günahlandırıb. Boylan bildirib ki, Aİ, İsrailə qarşı sanksiyalar tətbiq etmədiyi üçün faktiki olaraq bu hərəkətlərdə şərikdir. O, həmçinin hərbi cinayətlərə görə məsuliyyətin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təmin edilməsinin vacibliyini vurğulayıb.

Bir çox deputat İsrailə qarşı beynəlxalq tədbirlərin görülməsini, o cümlədən silah embarqosu tətbiq edilməsini və İsraillə tərəfdaşlıq sazişlərinin dayandırılmasını tələb edib. Avropa Parlamentinin bir çox üzvü, beynəlxalq hüququn müdafiəsi üçün daha sərt və təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Avropa Parlamenti

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.