6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Demokratlar ABŞ-da Maskı hədəfə alır

13 Fevral 2025 09:33
Demokratlar ABŞ-da Maskı hədəfə alır

Bakı,AzerVoice

ABŞ Nümayəndələr Palatasının Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) dair alt komitəsinin ilk iclasında departamentin rəhbəri İlon Mask demokratların tənqid hədəfinə çevrilib.

AzerVoice xəbər verir ki, Respublikaçı konqresmen Marjorie Taylor Greene-nin sədrliyi ilə keçirilən dinləmədə demokratlar Maskı xərcləri azaltmaq məqsədilə qanunu pozmaqda ittiham ediblər.

Demokrat konqresmen Melanie Stansbury ABŞ prezidenti Donald Tramp və Maskı ehtiyatsız və qeyri-qanuni şəkildə federal hökuməti zəiflətməkdə, federal agentlikləri bağlamaqda, dövlət işçilərini ixtisar etməkdə və maliyyəni kəsməkdə günahlandırıb.

"Biz başa düşürük ki, siz sosial mediada Konqres üzvləri ilə əlaqə saxlamağa can atırsınız, lakin biz burada oyun oynamaq üçün deyilik", - deyə Stansbury bildirib və Maskı and içərək ifadə verməyə çağırıb.

Respublikaçılar isə Tramp və Maskın DOGE vasitəsilə federal israfçılığa qarşı çiyin-çiyinə mübarizə aparacaqlarını bəyan ediblər.

Qeyd edək ki, Yanvarın 20-də ABŞ prezidenti kimi and içmiş Donald Tramp tərəfindən yaradılan DOGE federal xərcləri azaltmaq və hökumətin effektivliyini artırmaq məqsədini daşıyır.

DOGE Təhsil Nazirliyinin tabeliyində olan Təhsil Elmləri İnstitutunun (TİM) büdcəsindən 900 milyon dollar ixtisar edib. Mask, həmçinin, federal agentliklərdə işçi qüvvəsi ilə bağlı xərcləri azaltmağa imkan verən bir sərəncam imzalayıb.

Məqalədə: #ABŞ #İlon Mask

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.