15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Vaşinqtonda Tramp və İlon Maska qarşı etiraz aksiyası keçirilib

18 Fevral 2025 10:20
Vaşinqtonda Tramp və İlon Maska qarşı etiraz aksiyası keçirilib

Bakı, AzerVoice

ABŞ-ın paytaxtı Vaşinqtonda minlərlə insan prezident Donald Tramp administrasiyasına, xüsusilə də ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) direktoru İlon Maska etiraz edib.

AzerVoice xəbər verir ki, etirazçılar Konqres binası qarşısındakı Union Meydanına toplaşaraq Tramp və Mask əleyhinə şüarlar səsləndirib, müxtəlif pankartlar qaldırıblar.

Aksiya “50 Dövlətdə 50 Nümayiş, 1 Hərəkat” mənasını verən 50501 adlı qrup tərəfindən təşkil edilib və Prezidentlər Günü münasibətilə “Kralın Yox Günü” adı altında keçirilib.

Etiraz zamanı “Heç kim Maskı seçməyib” və “Ması Marsa göndər” yazılmış pankartlar nümayiş etdirilib. Aksiya iştirakçıları “çevrilişi dayandırın” şüarları səsləndirərək, Tramp administrasiyasının siyasətlərinə qarşı çıxıblar.

50501 Hərəkatının yayımladığı bəyanatda etirazların “Tramp administrasiyası və onun müttəfiqlərinin anti-demokratik və qeyri-qanuni hərəkətlərinə cavab olaraq” təşkil edildiyi bildirilib.

“Tarixin kritik anında biz, Amerika xalqının səsinin eşidilməsini və Ağ Evin nüfuz və nəzarətinin texnoloji milyarder tərəfindən deyil, xalqın həqiqi iradəsi ilə idarə olunmasını tələb edirik”, – bəyanatda deyilir.

Hərəkatın məqsədinin Tramp administrasiyası tərəfindən işdən çıxarılan federal işçilərə dəstək olmaq və insan haqları, bərabərlik və ədalət uğrunda mübarizə aparmaq olduğu vurğulanıb.

50501 Hərəkatının etirazlarının fevralın 5-də başladığı və Oklahoma Siti, Tampa, Filadelfiya, Pitsburq, Annapolis, Orlando, Cincinnati və digər şəhərlərdə davam edəcəyi bildirilib.

Məqalədə: #ABŞ #Donald Tramp #İlon Mask #Tramp administrasiyası #Federal işçilərin müdafiəsi #Anti-demokratik siyasətlərə etiraz #ABŞ Hökumətin Səmərəliliyi Departamenti (DOGE)

Mövzu üzrə digər xəbərlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Digər Dövlətlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb

14 Sentyabr 22:34
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
Digər Dövlətlər

İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp

14 Sentyabr 21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
İran

ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian

14 Sentyabr 21:50
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb

14 Sentyabr 20:51

Son Xəbərlər

Bab əl-Məndəb avantürası: Tehranın alver kartına çevrilən silahlı dəstə
Bab əl-Məndəb avantürası: Tehranın alver kartına çevrilən silahlı dəstə
10:00
Tramp Səudiyyə Ərəbistanına yeni səfir seçib
Tramp Səudiyyə Ərəbistanına yeni səfir seçib
09:40
Asiya Çempionlar Liqasının yeni mövsümü gərgin oyunlarla başlayıb
Asiya Çempionlar Liqasının yeni mövsümü gərgin oyunlarla başlayıb
09:32
İraq və Fransa altı əməkdaşlıq sənədi imzalayıb
İraq və Fransa altı əməkdaşlıq sənədi imzalayıb
09:14
Bəhreynin turizm sektoru yeni tərəfdaşlıqlar axtarışındadır
Bəhreynin turizm sektoru yeni tərəfdaşlıqlar axtarışındadır
09:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.