6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pezeşkian ABŞ-ın təzyiqlərinə türkcə şeirlə cavab verib

21 Fevral 2025 10:49
Pezeşkian ABŞ-ın təzyiqlərinə türkcə şeirlə cavab verib

Bakı, AzerVoice

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın təzyiqlərinə türkcə sözlərlə cavab verərək, nüvə danışıqlarına qapını bağlamadıqlarını, lakin zorla danışıqlara getməyəcəklərini bəyan edib.

AzerVoice xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Tehranda keçirilən tədbirdə çıxış edən Pezeşkian ABŞ-ın İrana qarşı "maksimum təzyiq" siyasətinə toxunaraq, Vaşinqtonun İrana sanksiyalar tətbiq edərək eyni zamanda danışıqlar tələb etməsini tənqid edib.

“Biz heç vaxt “danışıq etməyəcəyik” demədik, lap əvvəldən bəyan etmişik ki, dialoq istəyirik. Amma bizə əvvəl sanksiya tətbiq edib, sonra “raketlərdən, silahlardan imtina edin” deməklə danışıqlara məcbur edə bilməzlər,” – deyə Pezeşkian bildirib.

O, nüvə danışıqlarının yalnız qarşılıqlı hörmət çərçivəsində mümkün olduğunu vurğulayaraq, çıxışında türkcə bir şeirə istinad edib:

"Xain körpüdən keçmə, sel aparsın səni.
Tülkü kölgəsində yatma, aslan yesin."

“Yəni namus və azadlıq. İnsan tülkü kölgəsində də yatsa, sel də aparsa, qorxaq kimi yaşamaq mümkün deyil. Bizi hədə-qorxu ilə nəyəsə məcbur edəcəklərini düşünürlər, amma biz hörmət çərçivəsində danışacağıq, təzyiqlərə boyun əyməyəcəyik,” – deyə İran Prezidenti əlavə edib.

ABŞ və İsrailin təhdidlərindən çəkinmədiklərini bildirən Pezeşkian, “Bəziləri Amerikanın dəstəyi səbəbindən İsraildən qorxur, amma biz qorxmuruq və qorxmayacağıq. Cəmiyyətimiz də bu cəsarəti nümayiş etdirməlidir. Allahın köməyi ilə bütün problemlərimizi həll edəcəyik, lakin bu bir gecədə baş verməyəcək,” – deyə çıxışını tamamlayıb.

Məqalədə: #İran #ABŞ #Məsud Pezeşkian #İran raket proqramı #İran-ABŞ münasibətləri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.