12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Danimarka Ukraynaya 54 milyon avro yardım ayıracaq

24 Fevral 2025 12:40
Danimarka Ukraynaya 54 milyon avro yardım ayıracaq

Bakı, AzerVoice

Danimarka hökuməti Ukraynaya humanitar yardım və yenidənqurma işlərinə dəstək məqsədilə 405 milyon kron (54 milyon avro) maliyyə yardımı ayıracağını bəyan edib.

AzerVoice xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

BMT-nin hesablamalarına görə, 2025-ci ilə qədər Ukraynada təxminən 13 milyon insanın humanitar yardıma ehtiyacı olacaq.

Danimarkanın elan etdiyi yardım paketinin yarısı humanitar dəstəyə – qida, dərman, su və sığınacaq kimi əsas ehtiyacların təmin olunmasına, digər yarısı isə yenidənqurma işlərinə yönəldiləcək.

Qeyd edək ki, Danimarkanın 2022-ci ildən bəri Ukraynaya ayırdığı ümumi humanitar yardım bu ianə ilə birlikdə 1 milyard kronu (134 milyon avro) keçib. Hərbi dəstək isə təxminən 7,2 milyard avroya çatıb.

Ötən həftə xarici işlər naziri Rasmussen və baş nazir Mette Frederiksen Avropanın genişmiqyaslı yenidən silahlanmasının zəruriliyini vurğulayaraq, Rusiyadan gələn təhlükənin artdığını bildiriblər. Kopenhagen, həmçinin, növbəti iki il ərzində müdafiə xərclərini 50 milyard kron (6,7 milyard avro) artıracağını açıqlayıb.

Məqalədə: #Ukrayna #Danimarka #humanitar yardım

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.