9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Netanyahu atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlardan imtina edib

3 Mart 2025 10:26
Netanyahu atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlardan imtina edib

BAKI, AzerVoice

İsrailin Baş naziri Benyamin Netanyahu, HƏMAS ilə atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara qatılmayacağını açıqlayıb.

AzerVoice xəbər verir ki, bunun əvəzinə, İsrail hökuməti ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun birinci mərhələnin uzadılması təklifini qəbul edib.

Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl verdiyi bəyanatda razılaşmanın birinci mərhələsinin uzadılmasını istədiklərini və lazım gələrsə, Qəzzaya yenidən hərbi əməliyyatların başlaya biləcəyini bildirib.

O qeyd edib ki, İsrail rəsmiləri ilə keçirilən son görüşdə atəşkəsin Ramazan və Pasxa bayramlarına qədər uzadılmasını nəzərdə tutan çərçivə təklifinə razılıq verilib. Netanyahu əlavə edib ki, əgər danışıqların səmərəsiz olduğu qənaətinə gəlsələr, atəşkəsin ilk mərhələsi başa çatdıqdan sonra hərbi əməliyyatları yenidən başlada bilərlər.

Netanyahu açıqlamasında həmçinin Qəzzaya humanitar yardımların dayandırılacağını bildirib.

Bundan əlavə, HƏMAS-ın atəşkəsin birinci mərhələsinin uzadılması təklifini rədd etdiyini vurğulayan Netanyahu, bu gündən etibarən Qəzzaya mal və materialların girişinin əngəllənəcəyini qeyd edib.

"Əgər HƏMAS öz mövqeyini dəyişməsə və əsirləri azad etməsə, bu məsələdə başqa nəticələr də olacaq" – deyə Netanyahu bəyanatında əlavə edib.

Xatırladaq ki, HƏMAS və İsrail arasında atəşkəs və məhbus mübadiləsi razılaşması yanvarın 19-da qüvvəyə minib. Razılaşmanın ilk mərhələsində İsrail həbsxanalarından 1700-dən çox fələstinli məhbus azad edilib, Qəzzada 25-i sağ, 8-i ölü olmaqla 33 israilli əsir təhvil verilib. Həmçinin beş taylandlı əsir də azad olunub. Razılaşmanın birinci mərhələsi martın 1-də başa çatıb.

Fevralın 3-də atəşkəsin ikinci mərhələsinə dair danışıqlar başlanmalı idi, lakin İsrail mediası Netanyahu hökumətinin bu danışıqların baş tutmasına mane olduğunu bildirib.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #ABŞ #HƏMAS #atəşkəs razılaşması #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Stiv Uitkoff

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.