4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Aİ yenidən silahlanma planını təqdim etdi

4 Mart 2025 14:57
Aİ yenidən silahlanma planını təqdim etdi

BAKI, AzerVoice

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa İttifaqının (Aİ) yeni müdafiə paketi və yenidən silahlanma planını təqdim edib.

AzerVoice xəbər verir ki, O, dünyanın təhlükəli bir dövrdən keçdiyini vurğulayaraq, Avropanın hazırlıqsız qalması halında ciddi fəlakətlərlə üzləşə biləcəyini bildirib. Fon der Leyen Avropanın təhlükəsizliyinin real təhdid altında olduğunu və qitənin öz təhlükəsizliyinə daha çox cavabdehlik daşımalı olduğunu qeyd edib.

Avropanın sürətli və qətiyyətli şəkildə hərəkət etməsinin vacibliyini bildirən fon der Leyen, "Biz yenidən silahlanma dövründəyik. Avropa müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa hazırdır" deyib.

O, qısamüddətli perspektivdə Ukraynaya dəstəyin davam etdirilməsinin, uzunmüddətli perspektivdə isə Avropanın təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməsinin zəruriliyini vurğulayıb. Bu çərçivədə fon der Leyen Aİ liderlərinə məktub ünvanlayaraq, onları Avropanın yenidən silahlanma planını dəstəkləməyə çağırıb.

Fon der Leyen Avropa ölkələrinin müdafiə xərclərini artırması üçün maliyyə qaydalarının yumşaldılacağını və Aİ-nin bu xərcləri məhdudlaşdıran maliyyə tələblərindən istisna ediləcəyini açıqlayıb.

O qeyd edib ki, əgər Aİ ölkələri müdafiə xərclərini ÜDM-lərinin 1,5%-i səviyyəsində artırsalar, dörd il ərzində bu sahəyə 650 milyard avro əlavə vəsait yönəldilə bilər.

Aİ-nin yeni silahlanma planı çərçivəsində üzv dövlətlərə 150 milyard avroluq müdafiə krediti ayrılacaq. Bu kredit hava və raket hücumlarından müdafiə, artilleriya sistemləri, döyüş sursatları, dronlar və dron əleyhinə sistemlər kimi texnologiyaların inkişafını maliyyələşdirəcək.

Fon der Leyen bu addımın Aİ ölkələrinə birlikdə silah almaq və Ukraynaya təcili hərbi yardım göstərmək imkanını artıracağını bildirib.

Planın üçüncü mərhələsi Aİ büdcəsindən müdafiə sektoruna vəsait ayırmaqdır. Fon der Leyen üzv ölkələrə müdafiə xərclərini artırmaq üçün müxtəlif maliyyə mexanizmləri təqdim ediləcəyini və Avropa Yatırım Bankası vasitəsilə daha çox özəl kapitalın cəlb ediləcəyini açıqlayıb.

Onun sözlərinə görə, bu plan ümumilikdə 800 milyard avroluq müdafiə xərclərini hərəkətə keçirə bilər.

Qeyd edək ki, 6 martda Brüsseldə Ukrayna və müdafiə məsələlərinin müzakirəsi üçün Aİ-nin fövqəladə Liderlər Zirvəsi keçiriləcək.

Məqalədə: #Avropa İttifaqı (Aİ) #NATO #Yenidən silahlanma planı #Dron və döyüş sursatları #Avropa Yatırım Bankası və müdafiə maliyyələşdirilməsi #6 mart Aİ Liderlər Zirvəsi #Aİ-nin müdafiə xərcləri artımı

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp
Digər Dövlətlər

Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

29 Avqust 16:34
ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski
Digər Dövlətlər

ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

29 Avqust 16:16
İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək
Digər Dövlətlər

İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

28 Avqust 16:32

Son Xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.