11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rusiya ABŞ-la danışıqlarının davam edəcəyinə ümid edir

20 Mart 2025 16:10
Rusiya ABŞ-la danışıqlarının davam edəcəyinə ümid edir

BAKI,AzerVoice

Kremlin sözçüsü Dmitri Peskov, Rusiya ilə ABŞ arasında ekspertlər səviyyəsində danışıqların gələn həftənin əvvəlində baş tutacağına ümid etdiklərini bildirib.

AzerVoice xəbər verir ki, Peskov, Moskvada jurnalistlərə verdiyi açıqlamada Kremlin xarici siyasət müşaviri Yuri Uşakov və ABŞ Milli Təhlükəsizlik müşaviri Mayk Vals arasında telefon danışığının baş tutduğunu qeyd edib.

O, Rusiya və ABŞ prezidentlərinin də danışıqlara ehtiyac olduğunu vurğuladığını bildirərərək, "Hazırda yekun detallar üzərində iş gedir. Danışıqlar bazar günü deyil, gələn həftənin əvvəlində baş tuta bilər." - deyə bildirib.

Görüşdə əsas müzakirə mövzularının Ukrayna böhranının həlli və Qara dənizdə gəmilərin təhlükəsizliyi məsələləri olacağı gözlənilir. Lakin Peskov danışıqlarda Rusiyanı kimin təmsil edəcəyi barədə məlumat verməyib.

Avropa İttifaqının (Aİ) Ukrayna siyasətini tənqid edən Peskov, Brüsselin Avropanı hərbiləşdirməyi planlaşdırdığını iddia edərək, "Bu, Rusiya və ABŞ prezidentlərinin Ukrayna böhranını sülh yolu ilə həll etmək cəhdləri ilə uyğun gəlmir. Avropa artıq özünü hərbiləşdirir və müharibə tərəfinə keçib." - deyə bildirib.

Aİ liderləri Brüsseldə keçirdikləri son sammitdə müdafiə xərclərinin artırılması və Ukraynaya əlavə hərbi yardımların ayrılması məsələsini müzakirə ediblər.

Türkiyədə baş verən etirazlara münasibət bildirən Kremlin sözçüsü, Rusiyanın başqa ölkələrin daxili işlərinə qarışmadığını da vurğulayıb.

O, həmçinin Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi barədə xəbərləri təsdiqləyib, lakin dəqiq tarixlə bağlı hələlik qərar verilmədiyini bildirib.

Gələn həftə Rusiya və ABŞ arasında ekspertlər səviyyəsində baş tutacaq danışıqlar, Ukrayna böhranının həlli və Qara dənizdə təhlükəsizlik məsələlərinə dair mövqeləri aydınlaşdırmaq baxımından əhəmiyyətli olacaq. Bununla yanaşı, Rusiya Aİ-nin hərbi strategiyalarına qarşı çıxır və Qərbin Ukraynaya dəstəyini müharibəni uzadan faktor kimi qiymətləndirir.

Məqalədə: #Rusiya #ABŞ #Dmitri Peskov #brüssel görüşü #Rusiya-Ukrayna münaqişəsi #ABŞ-Rusiya münasibətləri

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.