14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Şimali Koreya yeni dünya müharibəsi barədə xəbərdarlıq edib

24 Mart 2025 09:40
Şimali Koreya yeni dünya müharibəsi barədə xəbərdarlıq edib

Bakı, AzerVoice

Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə sərt reaksiya verərək, bu vəziyyətin yeni dünya müharibəsinə yol aça biləcəyi barədə xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ və Cənubi Koreyanın martın 10-20-də keçirdiyi "Azadlıq Qalxanı" təlimlərinin "hərbi təxribat" olduğunu bildirib.

Nazirlik bəyan edib ki, bu təlimlər yalnız Şimali Koreyaya qarşı deyil, bütün Asiya-Sakit okean regionunda ABŞ-ın hərbi üstünlük əldə etmək cəhdinin bir hissəsidir.

Bəyanatda qeyd olunub ki, "düşmən qüvvələrin hərbi təşəbbüsləri təhlükəli həddə çatıb" və xüsusilə martın 17-20-də keçirilən xüsusi döyüş təlimi Şimali Koreyanın yeraltı tunel şəbəkəsini məhv etməyi hədəfləyib. Şimali Koreya NATO ölkələrinin də bu prosesdə iştirak etdiyini vurğulayaraq, "Koreya yarımadasında baş verəcək hərbi münaqişənin yalnız ABŞ və Şimali Koreya arasında məhdudlaşmayacağını, daha geniş miqyaslı müharibəyə çevrilə biləcəyini" - deyə iddia edib.

Xarici İşlər Nazirliyi bəyan edib ki, regional sabitliyi pozan bu cür təhlükəsizlik mühiti Şimali Koreyanı hərbi müdafiə qabiliyyətini daha da gücləndirməyə məcbur edir. "Heç kimin dayandıra bilməyəcəyi nəhəng bir hücum gücünə sahib olmaq müharibənin qarşısını almağın və hər cür təhdid və şantajın qarşısını almağın ən etibarlı yoludur." - deyə bildirilib.

Xatırladaq ki, ABŞ və Cənubi Koreyanın keçirdiyi "Azadlıq Qalxanı" təlimləri Vaşinqton-Seul alyansının hərbi müdaxilə imkanlarını gücləndirmək məqsədi daşıyır. Şimali Koreya isə bu təlimlərin bölgədə gərginliyi artırdığını və təhlükəsizlik riski yaratdığını iddia edir.

Məqalədə: #Cənubi Koreya #Şimali Koreya #hərbi təlimlər #Cənubi Koreya və ABŞ birgə təlimləri #Şimali Koreya və Cənubi Koreya mübarizəsi

Mövzu üzrə digər xəbərlər

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb

20:51
İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib
İran

İran nüvə rəhbərinin Avstriyaya buraxılmamasını pisləyib

20:30
Avstriya İranın nüvə rəhbərinin ölkəyə buraxılmamasının səbəbini açıqlayıb
İran

Avstriya İranın nüvə rəhbərinin ölkəyə buraxılmamasının səbəbini açıqlayıb

19:29
Hörmüz boğazından gizli neft daşımalarının həcmi artır - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazından gizli neft daşımalarının həcmi artır - ABŞ

18:53

Son Xəbərlər

Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
20:58
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
20:51
İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
İsrail Livanda infrastrukturu məhv etməyə davam edəcək - Benyamin Netanyahu
20:42
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
Misirin rəqəmsal ixracı 7,4 milyard dollara çatıb
20:39
Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili
Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili
20:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.