7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ukrayna, ABŞ-la Qara dənizdə təhlükəsizliyin təmin olunması barədə razılığa gəldiyini təsdiqləyib

25 Mart 2025 20:21
Ukrayna, ABŞ-la Qara dənizdə təhlükəsizliyin təmin olunması barədə razılığa gəldiyini təsdiqləyib

Bakı, AzerVoice

Ukrayna, Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin olunması və enerji infrastrukturuna zərbələrin tamamilə qadağan olunması ilə bağlı ABŞ ilə razılığa gəldiyini təsdiqləyib.

AzerVoice xəbər verir ki, bu barədə Ukraynanın Ər-Riyadda keçirilən danışıqlardakı nümayəndə heyətinin rəhbəri Rustem Umerovun X platformasında verdiyi açıqlamada deyilir.

“Bütün tərəflər təhlükəsiz naviqasiyanı təmin etmək, güc tətbiqindən imtina etmək və Qara dənizdə kommersiya gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Həmçinin bütün tərəflər prezidentlər arasında əldə olunan, enerji infrastrukturuna zərbələrin tam qadağan edilməsinə dair razılığa gəliblər”, - deyə o bildirib.

Nazir qeyd edib ki, Rusiyanın öz hərbi gəmilərini Qara dənizin şərq hissəsindən kənara çıxarması bu razılaşmaya zidd hesab olunacaq və Kiyev tərəfindən həm dənizdə sərbəst gəmiçiliyə, həm də Ukraynanın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcək.

Umerovun sözlərinə görə, bütün tərəflər enerji və dəniz razılaşmalarının həyata keçirilməsinə dəstək göstərilməsi üçün üçüncü ölkələrin cəlb olunmasını alqışlayırlar.

O, həmçinin bildirib ki, ABŞ hərbi əsirlərin mübadiləsi və mülki şəxslərin azad olunması məsələsində dəstəyini təsdiqləyib.

Qeyd edək ki, dünən Rusiya və ABŞ nümayəndələri Ər-Riyadda görüş keçirib. Bundan bir gün əvvəl, 23 mart axşamı isə ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqlar aparıblar. Bugün Vaşinqton və Kiyev nümayəndələri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda danışıqlar aparıblar.

Məqalədə: #Səudiyyə Ərəbistanı #ABŞ #Ukrayna #Kiyev #Qara dəniz #Vaşinqton #Ər-Riyad #ABŞ-Ukrayna münasibətləri #Rusiya-Ukrayna müharibəsi #Rustem Umerov #Ər-Riyad görüşü #Qara dənizdə təhlükəsizlik #Təhlükəsiz gəmiçilik #Enerji infrastrukturu #ABŞ-Ukrayna danışıqları

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir

20:27
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

18:52

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.