8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

Səudiyyə Ərəbistanı və Serbiya enerji, texnologiya, kənd təsərrüfatı və ticarət sahələrində əməkdaşlığı genişləndirir, iki ölkə arasında ticarət dövriyyəsi isə 2025-ci ildə 121 milyon dollara çatıb.

7 Sentyabr 2026 20:30
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

Səudiyyə Ərəbistanı ilə Serbiya arasında iqtisadi və diplomatik əməkdaşlığın yeni mərhələyə keçdiyi bildirilir. Tərəflər enerji, texnologiya, kənd təsərrüfatı, ərzaq sənayesi və ticarət sahələrində birgə layihələrin və investisiyaların artırılmasını müzakirə ediblər.

ArabAz xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Valid Əl-Xureyci ilə Serbiyanın xarici işlər naziri Marko Duriç arasında Belqradda keçirilən görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.

Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir Bunu da oxuyun Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir

Görüş zamanı diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin ləğv edilməsinə dair saziş imzalanıb. Bu addım rəsmi təmasların asanlaşdırılması və ikitərəfli əməkdaşlığın gücləndirilməsi baxımından mühüm hesab olunur.

Tərəflər enerji sektorunda birgə layihələrin həyata keçirilməsi, informasiya və kommunikasiya texnologiyaları, qabaqcıl texnologiyalar, kənd təsərrüfatı və ərzaq sənayesi üzrə əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.

Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur Bunu da oxuyun Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur

Bundan başqa, Serbiya şirkətlərinin Səudiyyə Ərəbistanı bazarında iştirakının artırılması və Səudiyyə investorlarının Serbiyaya sərmayələrinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Serbiyanın bu ay Ciddədə keçiriləcək Səudiyyə Ərəbistanı Ərzaq Sərgisində 50-dən çox şirkətlə iştirak edəcəyi bildirilib.

İki ölkə arasında ticarət dövriyyəsi də əhəmiyyətli dərəcədə artıb. 2025-ci ildə qarşılıqlı ticarətin həcmi 121 milyon dollara çatıb ki, bu da 2012-ci illə müqayisədə təxminən doqquz dəfə çoxdur. 2026-cı ilin ilk aylarında isə ticarətdə 152 faiz artım qeydə alınıb.

Serbiyanın Səudiyyə Ərəbistanındakı səfiri Draqan Bizeniç ölkəsinin Ər-Riyadla hərtərəfli əməkdaşlığın, xüsusilə iqtisadi əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Bizeniç Səudiyyə Ərəbistanının 2030-cu ilədək inkişaf strategiyası çərçivəsində əldə etdiyi nəticələri yüksək qiymətləndirib və Serbiyanın Səudiyyə məhsullarının idxalını artırmaqla yanaşı, elm və texnologiya sahəsində Səudiyyə mütəxəssislərinin təcrübəsindən yararlanmaq istədiyini deyib.

Tərəflər 2027-ci ildə Belqradda və 2030-cu ildə Ər-Riyadda keçiriləcək ümumdünya sərgilərinin də ikitərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağını vurğulayıblar.

Səudiyyə Ərəbistanının Belqraddakı 2027-ci il sərgisində iştirak üçün artıq müqavilə imzaladığı və sərgidə ən böyük milli pavilyonlardan birinə sahib olacağı bildirilib. Pavilyon ölkənin inkişaf imkanlarının, innovasiyalarının, mədəniyyətinin və biznes imkanlarının təqdim edilməsinə, həmçinin Ər-Riyadda keçiriləcək 2030-cu il sərgisinin təşviqinə xidmət edəcək.

İki ölkə arasında 2027 və 2030-cu illərdə keçiriləcək ümumdünya sərgilərinin qarşılıqlı təcrübə, bilik və əlaqələrin konkret birgə layihələrə çevrilməsi üçün mühüm platforma olacağı gözlənilir.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Serbiya #texnologiya #enerji #ticarət #investisiya #kənd təsərrüfatı #Belqrad #Ər-Riyad #Səudiyyə-Serbiya əlaqələri #Ərzaq sənayesi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib

09:48
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
İslam və Tarix

Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb

09:36
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Səudiyyə Ərəbistanı

Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb

09:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.