6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Husilər üçüncü dəfə Truman təyyarə gəmisini hədəfə alıb

2 Aprel 2025 10:13
Husilər üçüncü dəfə Truman təyyarə gəmisini hədəfə alıb

BAKI, AzerVoice

Husilər Qırmızı dənizdə ABŞ-a məxsus USS Harry Truman təyyarədaşıyan gəmisini və bölgədəki digər hərbi gəmiləri üçüncü dəfə raket və dronlarla hədəfə aldıqlarını açıqlayıb.

AzerVoice xəbər verir ki, Husi ordusunun sözçüsü Yəhya Seri bu gün səhər verdiyi bəyanatda ABŞ donanmasının Qırmızı dənizdə yerləşən döyüş gəmilərinə qarşı əməliyyat keçirdiklərini bildirib.

Onun sözlərinə görə, hücum “Truman” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi donanmaya yönəlib və son 24 saat ərzində bu cür üçüncü qarşıdurma qeydə alınıb. “Biz ABŞ düşməninə qarşı hücumlarımızı artıraraq davam etdiririk və bu, elan etdiyimiz əməliyyat bölgəsində gedən mübarizənin bir hissəsidir” – deyə Seri bildirib.

Husilərin sözçüsü vurğulayıb ki, onların hücumları Fələstin xalqına qarşı həyata keçirilən “soyqırımı” dayandırmaq məqsədi daşıyır və İsrailin Qəzzaya qarşı hücumları dayanmadıqca bu əməliyyatlar da davam edəcək.

Qeyd edək ki, husilər martın 11-də İsrail və HƏMAS arasında atəşkəs danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra Qırmızı dəniz və Ərəbistan dənizində İsrail gəmilərinə qarşı hücumları bərpa etdiklərini açıqlamışdılar. Onların sözlərinə görə, hədəfləri yalnız İsrail gəmiləri olsa da, bölgədəki ABŞ və digər Qərb hərbi qüvvələri də qarşıdurmanın bir hissəsinə çevrilib.

ABŞ tərəfi isə hələlik hücumlarla bağlı rəsmi açıqlama yaymayıb. Lakin daha əvvəl Pentaqon husilərin Qırmızı dənizdəki gəmi və ticarət yollarına hücumlarının beynəlxalq dəniz nəqliyyatı üçün təhlükə yaratdığını bildirmiş və müvafiq tədbirlər görüləcəyini bəyan etmişdi.

Məqalədə: #Fələstin #ABŞ #Husilər #Qırmızı dənizdə Husi hücumları #Husilər və ABŞ münasibətləri #USS Harry Truman təyyarədaşıyan gəmisi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.