11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ birjaları tarixdə pis günlərindən birini yaşayır

4 Aprel 2025 09:50
ABŞ birjaları tarixdə pis günlərindən birini yaşayır

BAKI, AzerVoice

Trampın yeni tarif açıqlamalarından sonra Nyu-York Birjası kəskin enişlə bağlanıb, bazarlarda təxminən 3 trilyon dollar dəyər itib.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın ticarət tarifləri ilə bağlı açıqlamaları investorlar arasında çaxnaşma yaradıb.

Dow Jones, S&P 500 və Nasdaq indeksləri 2020-ci ildən bəri ən böyük gündəlik itkilərini yaşayaraq kəskin düşüb.

Trampın ikitərəfli tarifləri tətbiq etməsi ilə bağlı qərarı qlobal iqtisadiyyatın tənəzzülə sürüklənə biləcəyi qorxularını artırıb. Dow Jones 1700 bənd itirərək 40 545,93 səviyyəsinə enib. S&P 500 indeksi 4,84 faiz, Nasdaq isə 5,97 faiz azalıb.

Bazarın çöküşü fonunda Tramp jurnalistlərə açıqlamasında, “Bazarlar partlayacaq” ifadəsini işlədib. ABŞ Ticarət naziri Hovard Lutnik isə tariflərə qarşı hər hansı güzəştin olmayacağını bildirib.

Tariflər elan edildikdən sonra xüsusilə qlobal təchizat zəncirinə malik şirkətlərin səhmləri ciddi dəyər itirib. Apple-ın səhmləri 9 faizdən çox, Nike-ın səhmləri isə 14 faizdən çox ucuzlaşıb.

Pərakəndə satış sektoru da sərt zərbə alıb. Five Below-un səhmləri 28 faiz, Dollar Tree isə 13 faiz dəyər itirib. “Möhtəşəm Yeddilik” kimi tanınan aparıcı texnologiya şirkətlərinin ümumi bazar dəyəri 800 milyard dollardan çox azalıb.

ABŞ Federal Ehtiyat Sistemi (FED) rəsmiləri yaranmış vəziyyəti yaxından izlədiklərini bildiriblər. FED sədr müavini Filip Cefferson, inflyasiya və əmək bazarının vəziyyətindən asılı olaraq, sərt pul siyasətinin daha uzun müddət davam etdirilə biləcəyini qeyd edib.

Məqalədə: #ABŞ #Federal Ehtiyat Sistemi (FED) #Trampın tarifləri #Nyu-York Birjası #Ticarət tarifləri #Bazar enişi #İkitərəfli tariflər

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.