8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-da hökümətə qarşı etiraz aksiyaları: "Bu ölkə atanızın malı deyil"

5 Aprel 2025 23:12
ABŞ-da hökümətə qarşı etiraz aksiyaları: "Bu ölkə atanızın malı deyil"

BAKI, AzerVoice

ABŞ-da minlərlə insan Tramp administrasiyası və İlon Mask əleyhinə etiraz aksiyası keçirib.

AzerVoice xəbər evrir ki, bu gün ABŞ-ın müxtəlif ştatlarında minlərlə insan küçələrə çıxaraq Tramp administrasiyasının immiqrasiya siyasətinə və dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılmasına qarşı etiraz aksiyalarına qatılıb. Aksiyalar Demokrat fəallar və həmkarlar ittifaqları tərəfindən təşkil olunub və administrasiyanın son addımlarına, xüsusilə milyarder İlon Maskın hökumət daxilində artan nüfuzuna qarşı narahatlığın artdığı bir vaxtda keçirilib.

Aksiya təşkilatçıları verdikləri bəyanatda ABŞ prezidenti Donald Tramp və İlon Maskı bu ölkəyə öz mülkü kimi yanaşmaqda ittiham ediblər.

“Əllərinə keçən hər şeyi – sağlamlıq sistemimizi, məlumatlarımızı, iş yerlərimizi, xidmətlərimizi – ələ keçirməyə çalışırlar və bütün dünyaya meydan oxuyurlar. Bu artıq bir böhrandır və hərəkətə keçməyin vaxtıdır”, - deyə bəyanatda qeyd olunub.

Etiraz aksiyaları Vaşinqton, Boston, Los Anceles, Filadelfiya və Şimali Karolina kimi şəhərlərdə baş tutub. Etirazçılar “Oliqarxiyaya qarşı mübarizə”, “Bölücülüyə yox, birliyə dəstək” və “Əllərinizi iş yerlərimizdən çəkin” kimi plakatlar qaldırıblar.

Vaşinqtondakı aksiya zamanı çıxış edənlər arasında bir neçə Demokrat konqres üzvü və ABŞ Dövlət Qulluqçuları Federasiyası (AFGE) prezidenti Everet B. Kelli də olub.

“Səsimizi kəsə bilməzsiniz. Biz təslim olmayacağıq. Biz ayağa qalxıb deyəcəyik – ittifaqımızdan əllərinizi çəkin. Müqaviləmizdən əllərinizi çəkin. Demokratiyamızdan və azadlığımızdan əllərinizi çəkin”, – deyə Kelli bildirib.

Məqalədə: #ABŞ #Donald Tramp #İlon Mask #Vaşinqton #Los-Anceles #Tramp administrasiyası #Etiraz aksiyası

Mövzu üzrə digər xəbərlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
Digər Dövlətlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır

19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

19:02
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Digər Dövlətlər

Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib

18:43
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
Digər Dövlətlər

Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq

18:24

Son Xəbərlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
18:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.