Bakı. AzerVoice:
Zohreh Elahian ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim edən və namizəd kimi qeydə alınan ilk iranlı qadın olub.
AzerVoice-nin məlumatına görə, onun iştirakını İranın seçki qərargahının nümayəndəsi Möhsün Eslami açıqlayıb.
"Xanım Zöhrə Elahian seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçib", - deyə bildirilib.
Eyni zamanda, mayın 31-də o qeyd edib ki, üç iranlı qadına “[lazımi] şərtlərə cavab vermədiyi üçün" qeydiyyatdan keçməyə icazə verilməyib.