Bakı,AzerVoice:
İranın kəşfiyyat bölmələri prokurorluğun göstərişi ilə Ərdəbildə İsrailin xarici kəşfiyyat təşkilatı Mossad adından casusluq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilən şəxsi zərərsizləşdirib.
AzerVoice xəbər verir ki, casusun İsrail kəşfiyyatının yüksək rütbəli zabitləri ilə sosial media vasitəsilə yaxın təmasda olduğu və Mossad üçün kritik məlumatlar topladığı iddia edilib.
Qeyd edək ki, sözügedən şəxsin şəxsiyyəti hələdə açıqlanmayıb.