Bakı. AzerVoice:
Rusiyada əyləcləri sıradan çıxan trolleybus 100-dən çox insanı yaralayıb.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Səhiyyə nazirinin müavini Aleksey Kuznetsov bildirib.
“İlkin məlumatlara görə, trolleybus qəzasında bir nəfər ölüb, dördü uşaq olmaqla ümumilikdə 109 nəfər yaralanıb.” – deyə o qeyd edib.
Kuznetsov əlavə edib ki, trolleybusun 23 yaşlı sürücüsü də xəstəxanada müalicə olunur və vəziyyəti ağırdır.
Məlumat üçün qeyd edək ki, qəza ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.
Hafiz Rufizoğlu