6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Britaniya İsrailə silah satışı üçün 100-dən çox yeni ixrac lisenziyası verib

12 İyun 2024 17:39
Britaniya İsrailə silah satışı üçün 100-dən çox yeni ixrac lisenziyası verib

Bakı. AzerVoice:

Beynəlxalq yardım təşkilatı Oxfam Britaniyanın 7 oktyabr 2023-cü il tarixindən etibarən İsrailə silah satışı üçün 100-dən çox yeni ixrac lisenziyası verdiyini bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Oxfam təşkilatının Böyük Britaniyan üzrə baş direktoru Halima Begumun verdiyi yazılı açıqlamada bildirilib. O hökumətin İsrailə silah satmağa davam edərək münaqişənin qızışmasına kömək etdiyini qeyd edib.

Açıqlamada "Britaniya hökuməti yüzlərlə mövcud silah lisenziyasının heç birini sorğu-sual etmədən qüvvədə qalmasına icazə verib. Britaniya hökuməti İsrailə silah satmağa davam edərək bu dəhşətli münaqişənin qızışmasına kömək edir." - deyə qeyd edilib.

Hökumətin təcili olaraq öz kursunu dəyişməli olduğunu vurğulayan Begum, İsrailə silah və hərbi texnika satışı ilə bağlı bütün lisenziyaların "dərhal dayandırılmasını" tələb edib. O hökümətin verəcəyi bu qərarın Qəzzada atəşkəs və uzunmüddətli sülhə tərəfdar olması ilə bağlı nə qədər ciddi olduğunu göstərəcəyini söyləyib.

Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin açıqladığı məlumatlara görə, Böyük Britaniya 7 oktyabr 2023-cü ildən bəri İsrailə silah, hərbi texnika və digər məhsulların satışı üçün 100-dən çox ixrac lisenziyasını təsdiqləyib. Bu çərçivədə, keçən ay etibarilə, "çatma nöqtəsi İsrail olaraq təyin olunan" mövcud silah və hərbi texnika ixracat lisenziyalarının sayı 345-ə yüksəlib.

Onu da qeyd edək ki, ölkədə İsrailə silah və hərbi texnika satışı ilə bağlı 185 ixrac lisenziyası üçün də müraciət prosesi davam edir.

Britaniya İsrailə silah satışı üçün 100-dən çox yeni ixrac lisenziyası verib
Məqalədə: #Qəzza #İsrail #Fələstin #Böyük Britaniya #Oxfam #silah satışı

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.