12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa İnvestisiya Bankının keçmiş prezidentinə qarşı korrupsiya ittihamı

25 İyun 2024 17:44
Avropa İnvestisiya Bankının keçmiş prezidentinə qarşı korrupsiya ittihamı

Bakı, VOA

Avropa İttifaqının (Aİ) bankı kimi fəaliyyət göstərən Avropa İnvestisiya Bankının (AİB) keçmiş prezidenti Verner Hoyerə qarşı korrupsiya, səlahiyyət və İttifaq vəsaitlərindən sui-istifadə ittihamları ilə bağlı istintaq başladılıb.

VOA xəbər verir ki, Avropa Baş Prokurorluğu (EPPO) AİB-nin 2 keçmiş əməkdaşının toxunulmazlığının ləğv edilməsi və yoxlama aparmaq üçün qurumun Lüksemburqdakı binalarının və arxivlərinin açılması tələblərinin qəbul edildiyini bildirib.

Açıqlamada toxunulmazlığın qaldırılması tələbinin şübhəli korrupsiya, səlahiyyət və AB vəsaitlərinin sui-istifadəsi ilə bağlı araşdırma çərçivəsində həyata keçirildiyinə diqqət çəkib.

Açıqlamada, şübhələrin Avropa Fırıldaqlarla Mübarizə Ofisi (OLAF) tərəfindən EPPO-ya bildirildiyi və qanuni öhdəliklərə uyğun olaraq AİB-nin 2 keçmiş əməkdaşının toxunulmazlığının qaldırılmasına qərar verildiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, onların toxunulmazlığının götürülməsi ilə EPPO istintaqı səmərəli şəkildə davam etdirəcək, bütün sübutlar toplanaraq məsələyə tam şəkildə aydınlıq gətirmək mümkün olacaqdır.

AB prokurorluğu araşdırılan şəxslərin adlarını açıqlamasa da, AİB-nin keçmiş prezidenti Verner Hoyer “Mənə qarşı irəli sürülən ittihamlar tamamilə absurd və əsassızdır” deyib.

Hoyer bildirib ki, o, Aİ prokurorluğu ilə tam əməkdaşlıq edir və məsələnin araşdırılmasını və bütün faktların ortaya çıxarılmasını gözləyir.

Digər tərəfdən iddia olunur ki, araşdırmanın mərkəzində olan əsas məsələ AİB əməkdaşının işdən çıxarkən aldığı təzminatdır.

Qeyd edək, Alman Verner Hoyer 2012-2023-cü illərdə AİB prezidenti vəzifəsində çalışıb.

Baş ofisi Lüksemburqda yerləşən AİB Aİ-nin maliyyə institutu kimi qarşıya qoyulan məqsədlərə uyğun olaraq dövlət və özəl sektorlara uzunmüddətli sərfəli kreditlər təqdim edir. AİB hər il təxminən 80 milyard avro kredit verir.

Avropa İnvestisiya Bankının keçmiş prezidentinə qarşı korrupsiya ittihamı
Məqalədə: #Avropa #korrupsiya #Avropa İnvestisiya Bankı

Mövzu üzrə digər xəbərlər

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq

İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb

13:09
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.