11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ 227 kiloluq MK-82 bomba tədarükünü İsrailə bərpa edib

11 İyul 2024 11:47
ABŞ 227 kiloluq MK-82 bomba tədarükünü İsrailə bərpa edib

Bakı, AzerVoice

ABŞ daha öncə dayandırılması ilə bağlı verdiyi qərarı ləğv edərək, İsrailə yenidən 500 fundluq (227 kiloluq) bomba göndərəcək.

AzerVoice xəbər verir ki, Bayden administrasiyası Rəfahın işğalı ilə bağlı narahatlıqlar fonunda may ayından bəri saxlanılan böyük bombaları İsrailə göndərməyə davam edəcək. Lakin 2000 fundluq (907 kiloluq) MK-84 bombaları hələ də nəzərdən keçirilir.

ABŞ rəsmiləri bildiriblər ki, 1800-2000 fund çəkiyə sahib bombaların tədarükü hələ ki dayandırılıb. Amma 1700-500 fund çəkiyə sahib bombaların tədarükü davam edəcək.

ABŞ-ın bu qərarı İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Gallant və Amerika İsrail İctimai Əlaqələr Komitəsi də daxil olmaqla, ABŞ-dakı israilyönlü lobbiçilərin ölümcülliyindən asılı olmayaraq bütün silah tədarükünün bərpasını tələb edən təzyiq kampaniyasından sonra verilib.

Təzyiq kampaniyasına və ilkin fasilələrə baxmayaraq, ABŞ rəsmiləri 500 funtluq bombaların Bayden administrasiyası üçün heç vaxt ciddi narahatlıq yaratmadığını söyləyib.

Amma, Vaşinqtonda yerləşən analitik mərkəzi olan Beynəlxalq Siyasət Mərkəzinin tədqiqatçısı Janet Abou-Elias 500 fundluq bombaların dağıdıcı gücünün yüngül qəbul edilməməsi lazım olduğunu söylədi. “Qəzzanın sıx məskunlaşdığı ərazilərdə 500 fundluq və 2000 fundluq bomba arasında dağıdıcı təsir göstərməsi baxımından ciddi bir fərq yoxdur. Belə ki, hər ikisi isə, həm böyük dağıntılara, həm də mülki əhalinin tələfatına səbəb olur” deyə əlavə etdi.

Qeyd edək ki, İsrailin Qəzzada hərbi əməliyyatlarının tempi bir qədər yavaşlasa da, İsrailin zərbələri kütləvi tələfat hadisələri ilə nəticələnməyə davam edir. Belə ki, çərşənbə axşamı Xan Yunus yaxınlığında məcburi köçkün fələstinlilərin sığındığı məktəbə edilən hücum nəticəsində ən azı 25 nəfər ölüb və 50 nəfər isə yaralanıb.

Bunu da əlavə edək ki, ABŞ-ın silah tədrükü ilə bağlı fasilənin qismən aradan qaldırılması barədə qərar ilk dəfə İsrailin Kanal 12-si tərəfindən məlumat verilib.

Qeyd edək ki, Netanyahunun Qəzzanın cənubunda, 1 milyondan çox fələstinlinin sığındığı Rəfah şəhərinə planlı işğal hücumu qərarından sonra göstərilən təziqlər nəticəsində ABŞ böyük bonbaların tədrüükünü dayandırmışdı.

Prezident Bayden, orada baş tutacaq böyük bir əməliyyatın "qırmızı xətti" keçəcəyini və ABŞ-ın dəstəyinin dayandırılmasına səbəb olacağını söyləmişdi. ABŞ rəsmiləri isə daha sonra bildirdilər ki, İsrailin oradakı əməliyyatları heç vaxt sərhədi keçməyib, o cümlədən mayın 26-da İsrailin Təl əl-Sultan çadır düşərgəsini bombalaması zamanı ən azı 46 fələstinlinin həlak olduğu insident də daxil olmaqla.

Həmçinin, ABŞ rəsmiləri Rəfahdakı hücumun İsrailin Xan Yunis və Qəzza şəhərindəki digər əməliyyatlarından qat-qat dəqiqliklə həyata keçirildiyini bildirib. Keçən həftə İsrail Müdafiə Qüvvələri ilk dəfə olaraq böyük bir jurnalist qrupunu Rəfahın bəzi hissələrini gəzməyə apardı. Jurnalistlər şəhərin "məhv edildiyini" və böyük ölçüdə boş olduğunu bildirdilər.

ABŞ 227 kiloluq MK-82 bomba tədarükünü İsrailə bərpa edib
Məqalədə: #İsrail #Fələstin #ABŞ

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.