15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Türkiyədən yüksək səviyyəli nümayəndə heyəti Nigerə gedib

17 İyul 2024 13:14
Türkiyədən yüksək səviyyəli nümayəndə heyəti Nigerə gedib

Bakı, AzerVoice

Türkiyədən yüksək səviyyəli nümayəndə heyəti bu gün uranla zəngin Nigerin paytaxtı Niameyə səfər edəcək.

AzerVoice xəbər verir ki, Nigerin baş nazir, iqtisadiyyat və maliyyə naziri Əli Mahamane Lamine Zeine prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 1-də Türkiyəyə gəlmişdi. BU dəfə isə Türkiyədən yüksək səviyyəli nümayəndə heyəti Nİgerə səfər edəcək. Aralarında nazirlər və müdafiə sənayesi rəsmilərinin də olduğu Türkiyə nümayəndə heyəti bu gün Niameydə görüşlər keçirəcək.

Nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, MİT sədri İbrahim Kalın, müdafiə sənayesi prezidenti Haluk Görgün və ticarət nazirinin müavini Özgür Volkan Ağar daxildir.

Qeyd edək ki, Türkiyə və Niger arasında münasibətlər 2010-cu ildən etibarən güclənməyə başlayıb. İki ölkə 2012-ci ildə qarşılıqlı səfirliklərini açıb. Nigerin İstanbul, Bursa və Antalyada da fəxri konsulluqları var. Səfirliklərin fəaliyyətə başladığı 2012-ci ildən bu yana Türkiyə ilə Niger arasında 28 müqavilə imzalanıb. Qeyd edək ki, Türkiyə ilə Niger arasında iqtisadi, siyasi və hərbi əlaqələr yeni administrasiya hakimiyyətə gəldikdən sonra da davam edib.

Nigerlə Türkiyənin əlaqənin ən mühüm aspektlərindən biri tərəqqiyə göstərilən dəstəkdir. 2014-cü ildə rəsmi olaraq fəaliyyətə başlayan TİKA Niamey Proqram Koordinasiya Ofisi ilə birlikdə Nigerdə ​​bir çox layihə (məktəb, texniki lisey, dərslik, fistula müalicə mərkəzi, cərrahi klinika, təcili yardım, uşaq evi, dostluq parkı, məktəblərə su-tualetlər, su quyuları, qadınların məşğulluq imkanları, müasir kənd təsərrüfatı) həyata keçirilib.

Nigerdə ​​500-ə yaxın Türkiyə vətəndaşı yaşayır.

Səhiyyə sahəsində əməkdaşlıqda ən mühüm mərhələ 9 oktyabr 2019-cu ildə istifadəyə verilən Niger-Türkiyə Dostluq Xəstəxanasıdır.

Həmçinin, Nigerdə ​​Türkiyənin Maarif Vəqfinə məxsus “Türk-Niger Dostluq Məktəbləri” fəaliyyət göstərir.

1992-ci ildən bəri isə Türkiyə Bursları çərçivəsində Niger tələbələrinə təqaüdlər verilir.

Onu da əlavə edək ki, 3 avqust 1960 müstəqilliyini qazanan Niger 99%-i müsəlman olmaqla 2020-ci il məlumatlarına görə 22,4 milyon əhaliyə sahibdir. Başlıca ixracat məhsulları uran, qızıl, kimyəvi maddələr, heyvan məhsulları, tərəvəz və meyvələr olan ölkənin əsas ticarət tərəfdaşları Fransa, Çin, ABŞ, Nigeriya, Tayland, Malayziya, Hindistan və Türkiyədən ibarətdir.


Türkiyədən yüksək səviyyəli nümayəndə heyəti Nigerə gedib
Məqalədə: #Türkiyə #Niger

Mövzu üzrə digər xəbərlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Digər Dövlətlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb

14 Sentyabr 22:34
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
Digər Dövlətlər

İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp

14 Sentyabr 21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
İran

ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian

14 Sentyabr 21:50
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb

14 Sentyabr 20:51

Son Xəbərlər

Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
07:45
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.