Bakı, AzerVoice
ABŞ-də işsizliyin səviyyəsi iyulda 4,3 faizə yüksəlib. Bu, 2021-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ-nin Əmək Departamenti məlumat yayıb.
Məlumata görə, iyulda ABŞ-də işsizlik son üç ilin ən yüksək səviyyəsinə çatıb. Analitiklər orta hesabla 4,1 faiz səviyyəsində dəyişməz bir rəqəm gözləyirdilər.