4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Papa Fransisk ən uzun apostol səfərinə gedir

2 Sentyabr 2024 10:08
Papa Fransisk ən uzun apostol səfərinə gedir

Bakı, AzerVoice

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk sentyabrın 2-dən 13-dək Asiya və Okeaniya arasında ən uzun apostol səfərinə yola düşür.

AzerVoice xəbər verir ki, Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruni pontifikin dörd ölkəni ziyarət edəcəyi səfərin təfərrüatından danışıb.

O bildirib ki, Roma Papası İndoneziya (2-6 sentyabr), Papua Yeni Qvineya (6-8 sentyabr), Timor-Leste (8-10 sentyabr) və Sinqapura (10-13 sentyabr) səfər edəcək. Fransisk səfər çərçivəsində sülh və yaradılış kimi müxtəlif mövzularda italyan və ispan dillərində 16 çıxış edəcək, Cakartada imamla birgə bəyannamə imzalayacaq.

Matteo Bruni on iki günlük səfərin 87 yaşlı pontifikin sağlamlığı üçün hər hansı narahatlıq yaratmadığını qeyd edib.

Papa Fransisk sayca 45-ci beynəlxalq apostol səfəri çərçivəsində iki qitə arasında ümumilikdə 33 min kilometrədək məsafə qət edəcək. O, indiyədək heç vaxt bu qədər uzun müddətdə Vatikandan kənarda olmayıb.

Qeyd edək ki, Papa II İohan Pavelin 1986-cı ildə Banqladeş, Sinqapur, Fici, Yeni Zelandiya və Avstraliyaya 13 günlük səfəri, qət etdiyi 48,9 min kilometr məsafə tarixdə rekord göstəricidir.

Fransisk, həmçinin, VI Paul (1970-ci il) və II İohan Paveldən sonra Asiya və Okeaniyaya səfər edən üçüncü Papa olacaq.

Papa Fransisk ən uzun apostol səfərinə gedir
Məqalədə: #Papa Fransisk #apostol səfəri

Mövzu üzrə digər xəbərlər

İnsan Qardaşlığı Sənədi nədir onu kimlər və nə zaman imzaladı?
Nə, necə, niyə? Elmi ensiklopediya

İnsan Qardaşlığı Sənədi nədir onu kimlər və nə zaman imzaladı?

26 Aprel 09:18
Bu gün onun ölüm günüdür - Papa Fransisk kimdir?
Bioqrafiya: Tanınmış simalar

Bu gün onun ölüm günüdür - Papa Fransisk kimdir?

21 Aprel 10:00
Tarixdə bu gün – 21 Aprel
Tarixdə bu gün

Tarixdə bu gün – 21 Aprel

21 Aprel 00:01
Türkiyə  dünya nizamında mühüm yer tutur - Papa XIV Leo
Türkiyə

Türkiyə dünya nizamında mühüm yer tutur - Papa XIV Leo

27 Noyabr 2025 19:53

Son Xəbərlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.