4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Antarktidada ölümcül virus təşvişi yaşanır

10 Sentyabr 2024 14:58
Antarktidada ölümcül virus təşvişi yaşanır

Bakı, AzerVoice

Dünyanın ən təcrid olunmuş bölgələrindən biri olan Antarktida hazırda ölümcül quş qripi epidemiyası ilə üz-üzədir.

AzerVoice xəbər verir ki, alimlər yüksək yoluxucu H5N1 virusunun bir ştammı olan "clade 2.3.4.4b" növünün ilk dəfə Antarktidada quşlar və məməlilər arasında aşkarlandığını bildiriblər.

Virus 2021-ci ildən etibarən Avropadan Cənubi Amerikaya qədər yayılaraq kütləvi heyvan ölümlərinə səbəb olub. İndi isə köçəri quşlar vasitəsilə Antarktidaya da çatdığı ehtimal edilir.

Xüsusilə albatroslar və pinqvinlər kimi bölgənin simvolik növləri bu virusun təhlükəsi altındadır. Epidemiya, Antarktidada nadir və nəsli kəsilməkdə olan quş və məməlilər üçün geri dönüşü olmayan bir fəlakətə çevrilə bilər. Antarktika ekosistemində belə bir yoluxucu xəstəliyin yayılması, bu ərazilərdəki heyvanlar üçün çox ciddi təhlükə yaradır.

Qeyd edək ki, epidemiya ilk dəfə 2023-cü ilin sentyabrında Cənubi Corciya adalarında nəhəng fırtına quşunun ölümü ilə başlamış və dekabr ayında daha da genişlənmişdir. Antarktikada hələlik rəsmi hallar qeydə alınmasa da, virusun artıq qitəyə çatdığı düşünülür.

2024-cü ilin mart ayında, xüsusən Adelie pinqvinləri və Antarktika qarabatatları arasında virus şübhəsi ilə tədqiqat başladıldı. Bu tapıntılar təsdiqlənərsə, H5N1-in çatmadığı yeganə qitə Avstraliya olaraq qalacaq.

Bu hallar, Antarktidanın təcrid olunmuş növləri üçün böyük təhlükə yaradır, çünki potensial olaraq bəzilərinin nəsli hazırda kəsilmək üzrədir.

Antarktidada ölümcül virus təşvişi yaşanır
Məqalədə: #Antarktida #quş qripi

Mövzu üzrə digər xəbərlər

Bu gün Ozon dəliyinin kəşfi elan edildi
Tarixdə bu gün

Bu gün Ozon dəliyinin kəşfi elan edildi

16 May 02:00
Bu gün Antarktida silahsız qitə elan edildi
Tarixdə bu gün

Bu gün Antarktida silahsız qitə elan edildi

1 Dekabr 2025 00:10
İngiltərədə H5N1 quş qripi aşkarlanıb
Digər Dövlətlər

İngiltərədə H5N1 quş qripi aşkarlanıb

1 Sentyabr 2025 11:46
Qripə qarşı yeni silah – şokolad əsaslı dərman
Digər Xəbərlər

Qripə qarşı yeni silah – şokolad əsaslı dərman

17 Avqust 2025 18:00

Son Xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.