Bakı, AzerVoice
ABŞ İsrailə 164,6 milyon dollar dəyərində hərbi sahədə istifadə olunacaq texnika satışına icazə verib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Agentlikdən verilən məlumatda ABŞ Xarici İşlər Nazirliyi tərəfindən verilən icazəni təsdiqləyən lazımi sertifikatın Konqresə təqdim edildiyi bildirilib.
Həmçinin o da bildirilib ki, satışı həyata keçiriləcək olan məhsullar ağır yükdaşıyan tank qoşquları və müvafiq avadanlıqlar olacaq.
Verilən açıqlamada silah ixracının 2027-ci ildə başlanacağı deyilib.
Maraqlıdır ki, İsrailə bu satışın təsdiqlənməsi İordan çayının qərb sahilində türk əsilli amerikalı fəal Ayşenur Ezgi Eyginin qətli ilə bağlı istintaqa başlanılması və İsrailə hərbi yardımın dayandırılması ilə bağlı müzakirələrin getdiyi bir vaxta təsadüf edib.