Bakı. AzerVoice
ABŞ Federal Ehtiyat Sistemi son dörd ildə ilk dəfə baza dərəcəsini 0,5 faiz bəndi azaldıb, 4,75-5,00%-ə endirib.
AzerVoice xəbər verir ki, bu barədə FES-in rəsmi saytında məlumat verilib.
Qeyd olunur ki, federal fondların dərəcəsi üçün hədəf diapazonuna əlavə düzəlişləri nəzərdən keçirərkən, Federal Ehtiyat Sistemi daxil olan məlumatları, inkişaf edən proqnozları və risk balansını diqqətlə qiymətləndirəcək.
“Federal Ehtiyat Sistemi maksimum məşğulluğun dəstəklənməsinə və inflyasiyanın 2 faizlik hədəfə qaytarılmasına qətiyyətlə sadiqdir”, - FES bildirib.