12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran Avropa İttifaqına üzv ölkələrə bütün uçuşları dayandırıb

15 Oktyabr 2024 16:58
İran Avropa İttifaqına üzv ölkələrə bütün uçuşları dayandırıb

Bakı, AzerVoice

Avropa İttifaqının İranın 3 hava yolları şirkətinə yeni sanksiyalar tətbiq etdiyinə görə, bundan sonra heç bir İran təyyarəsi Avropa ölkələrinə uçuşlar həyata keçirməyəcək.

 AzerVoice-in məlumatına görə, bunu İranın Hava Yolları Şirkətləri Assosiasiyasının katibi Maqsud Əsədi Samani yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, məlum olduğu kimi Avropa İttifaqı İranın IranAir, Mahan və Saha hava yolları əleyhinə yeni sanksiyalar tətbiq edib. İrandan Avropa İttifaqı ölkələrinə uçuşlar həyata keçirən yeganə hava yolları şirkəti İranAir idi. Ölkədə Avropa istiqamətində İran uçuşları üçün çoxlu müraciət mövcud idi. Lakin bundan sonra bu müraciətlər təbii şəkildə xarici hava yolları şirkətlərinə yönələcək. Təbii ki, bu da Avropa İttifaqına üzv ölkələr istiqamətində biletlərin qiymətinin bahalaşması ilə nəticələnəcək.

Əsədi Samani əlavə edib ki, əlbəttə regionun hazırkı xüsusi şəraitinə görə, bəzi xarici hava yolları şirkətləri İrana təşkil olunan reysləri məhdud şəkildə dayandırıblar. Buna əsasən belə bir şəraitdə bundan sonra Avropa istiqamətində uçuşların bir hissəsi keçid reyslər vasitəsilə, Türkiyə və yaxud BƏƏ vasitəsi ilə həyata keçiriləcək.

Qeyd edək ki, 14 oktyabrda Avropa Şurası İranın Rusiyaya raket və pilotsuz uçuş aparatları təhvil verməsi, həmçinin Yaxın Şərq və Qırmızı dəniz regionunda sülh və təhlükəsizliyə xələl gətirən hərəkətlərlə bağlı yeddi fiziki şəxs və yeddi quruma qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirib.

Məqalədə: #İran

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.