10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistanda yanacaq tankeri partlayışı baş verib

29 Aprel 2025 14:46
Pakistanda yanacaq tankeri partlayışı baş verib

BAKI, AzerVoice

Pakistanda yanacaq tankeri partlayışı nəticəsində ölənlər və çox sayda yaralı var.

AzerVoice xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində yanacaq daşıyan tankerin partlaması nəticəsində 2 nəfər həyatını itirib, 56 nəfər isə yaralanıb.

Hadisə Nauşki rayonunda baş verib.

Yerli polis rəsmisi Atta Ullahın sözlərinə görə, əvvəlcə tankerə yanğın düşüb. Hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi zamanı partlayış baş verib. Nəticədə sürücü və avtomobilin yaxınlığında olan bir nəfər ölüb, yanğınsöndürənlər də daxil olmaqla ümumilikdə 56 nəfər xəsarət alıb.

Qeyd edək ki, daha öncə Pakistanda ən faciəvi yanacaq tankeri partlayışlarından biri 2017-ci ilin iyununda Pəncab əyalətində baş verib. Tanker aşdıqdan sonra ətrafa toplaşan insanlar sızan yanacağı toplamağa çalışıblar. Bu zaman baş verən partlayış nəticəsində 200-dən çox insan həyatını itirmişdi.

Məqalədə: #Pakistan #partlayış #tanker partlaması #Pakistanda yanacaq tankeri partlayışı #2017 Pəncab faciəsi #partlayış hadisəsi #təhlükəsizlik hadisələri

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

19:35

Son Xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
20:45
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
20:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.