10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yaponiyada yaşlılara yönələn dələduzluğa qarşı tədbir

4 May 2025 17:00
Yaponiyada yaşlılara yönələn dələduzluğa qarşı tədbir

BAKI, AzerVoice

Osaka yaşlıların bankomatlardan mobil telefonla istifadə etməsini qadağan edib.

AzerVoice xəbər verir ki, Yaponiyanın Osaka şəhəri telefon dələduzluqlarının qarşısını almaq məqsədilə 65 yaş və yuxarı sakinlərin bankomatlardan mobil telefonla danışaraq istifadə etməsini qadağan edən ilk şəhər olub.

Qərarın əsas məqsədi yaşlı insanları tez-tez qarşılaşdıqları telefon fırıldaqlarından qorumaqdır.

Rəsmi tənzimləmə heç bir cəza tədbiri nəzərdə tutmasa da, hökumət bununla bankomat fırıldaqları zamanı yaşlıların diqqətini yayındıran halların qarşısını almağa çalışır. Dələduzlar özlərini qohum və ya məmur kimi təqdim edərək yaşlılardan müalicə, təcili yardım və ya borc səbəbilə pul tələb edirlər.

Qeyd edək ki, Yaponiyada 2024-cü ildə yaşlıları hədəf alan bu tip fırıldaqlardan yaranan zərər 72,1 milyard yen (təxminən 20 milyard türk lirəsi) təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,6 dəfə çoxdur. Yalnız ötən il 20,951 nəfər bu dələduzluqların qurbanı olub və onların təxminən 45 faizi 75 yaşdan yuxarı şəxslərdir.

Yaponiya Milli Polis Agentliyi əlavə olaraq, 75 yaşdan yuxarı şəxslər üçün gündəlik bankomatdan pul çıxarma və köçürmə məbləğini 300 min yenlə məhdudlaşdırmağı da planlaşdırır. Millət vəkilləri isə bu limiti daha da sərtləşdirərək 100 min yenə endirməyi təklif ediblər.

Təhlükənin qarşısını almaq üçün bankomat yaxınlığına xəbərdarlıq lövhələrinin yerləşdirilməsi, əvvəlcədən ödənişli kart satıcılarının müştəriləri fırıldaqçılıq riskinə qarşı yoxlaması, habelə banklarda xəbərdarlıq sistemləri və təlim seminarlarının keçirilməsi nəzərdə tutulur. Tokio, Naqano və Fukuoka kimi şəhərlər də bu istiqamətdə tədbirlər görməkdədir.

Osaka Böhran İdarəetmə Ofisindən Ryo Hamaoka bildirib ki, tənzimləmənin məqsədi Yaponiyada qatarlarda telefonla danışmaq kimi, bankomatlarda da mobil telefondan istifadənin sosial tabuya çevrilməsidir.

Məqalədə: #Yaponiya #Kiberdələduzluq #fırıldaqçılıq #Osaka #Telefon dələduzluqları #yaşlılara qarşı fırıldaqçılıq #bankomatda telefon istifadəsi yasağı

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.