5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistanla Pakistan arasında su böhranı

5 May 2025 12:43
Hindistanla Pakistan arasında su böhranı

BAKI, AzerVoice

Hindistan Pakistana su axınını dayandırıb – İkitərəfli münasibətlərdə gərginlik artır.

AzerVoice xəbər verir ki, Hindistan hökuməti Çenab çayı üzərində yerləşən Bağlihar bəndindən Pakistana su axınının dayandırıldığını elan edib.

Bu addım 1960-cı ildə imzalanmış Hind Suları Müqaviləsinin dayandırılması ilə bağlı qərardan sonra atılıb.

Məlumata görə, Hindistan tərəfi son vaxtlar Cammu və Kəşmirdə baş verən və 26 nəfərin həlak olduğu silahlı hücuma cavab olaraq, Pakistanı ittiham edib və bu çərçivədə müqaviləni dayandırıb.

Bundan əlavə, Hindistan Jelum çayı üzərindəki Kişanqanqa bəndindən də Pakistana su axınının dayandırılmasını planlaşdırır.

Yeni Dehli hökuməti bu qərardan sonra Pakistan vətəndaşlarına viza xidmətlərini dayandırıb, əvvəllər verilmiş vizaları ləğv edib və ölkədəki pakistanlı məsləhətçilərin bir həftə ərzində Hindistanı tərk etməsini tələb edib.

İslamabad isə Hindistanın ittihamlarını rədd edərək, Hind çayı və ona bağlı sulara müdaxilənin “müharibə aktı” kimi qiymətləndiriləcəyini bildirib. Pakistan həmçinin Hindistanla bütün ticarət əlaqələrini dayandırıb və hava məkanını bağladığını açıqlayıb.

Qeyd edək ki, Hind Suları Müqaviləsi 1960-cı ildə Hindistan və Pakistan arasında Dünya Bankının vasitəçiliyi ilə imzalanıb və iki ölkə arasında su resurslarının bölüşdürülməsini tənzimləyir.

Məqalədə: #Pakistan #Hindistan #Hindistan-Pakistan əlaqələri #Cammu və Kəşmir #Hindistanın diplomatik və hərbi tədbirləri #Hindistan və Pakistan orduları arasında atışma #Kəşmir məsələsi #Pakistan Hindistan sərhədi #Hindistan-Pakistan sərhəd gərginliyi

Mövzu üzrə digər xəbərlər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33
Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

2 Sentyabr 09:41
Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib
Qətər

Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

1 Sentyabr 18:47

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.