6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Zelenski faydalı qazıntılarla bağlı sazişin ratifikasiyasını təsdiqləyib

12 May 2025 20:36
Zelenski faydalı qazıntılarla bağlı sazişin ratifikasiyasını təsdiqləyib

BAKI, AzerVoice

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ ilə faydalı qazıntılar barədə imzalanmış sazişin ratifikasiyasını təsdiqləyib.

AzerVoice xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

“Volodimir Zelenski daha əvvəl Ali Rada tərəfindən ratifikasiya edilmiş faydalı qazıntılar haqqında qanun layihəsini imzalayıb” - deyə, məlumatda bildirilib.

Xatırladaq ki, mayın 1-də Nazirlər Kabineti ABŞ ilə imzalanmış bu sazişin tam mətninin ictimaiyyətə təqdim edib. Lakin sənəd ictimai və siyasi dairələrdə ciddi narazılıqlara səbəb olub. Ukraynanın bir çox KİV-ləri və Ali Rada deputatları sazişi təhlil edərək bildiriblər ki, saziş Ukraynanın iqtisadi suverenliyinin bir hissəsinin itirilməsi anlamına gəlir və sənəddə təhlükəsizlik zəmanətləri barədə heç bir konkret müddəa yer almır.

Bundan əlavə, deputatlar əsas sənəddə istinad olunan, lakin parlamentə təqdim olunmayan iki əlavə sənədin mövcudluğuna da etiraz bildiriblər.

Sazişin imzalanmasından sonra Ukraynanın maliyyə naziri Yuliya Sviridenko bəyan edib ki, ABŞ və Ukrayna arasında yaradılacaq ikitərəfli investisiya fonduna Ukrayna yeni rüsumlardan və faydalı qazıntıların hasilatı üçün veriləcək lisenziyaların gəlirlərindən 50 faizini yönəldəcək. Onun sözlərinə görə, fondun idarəçiliyində ABŞ və Ukrayna bərabər səs hüququna malik olacaq.

Saziş Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəlikləri götürməsini nəzərdə tutmur. İlk 10 il ərzində fond heç bir dividend ödəməyəcək, onun bütün gəlirləri Ukrayna daxilində yenidən investisiya olunacaq. Bu vəsaitlər əsasən faydalı qazıntıların işlənməsi, emalı və infrastrukturun inkişafına yönəldiləcək.

Məqalədə: #ABŞ #Ukrayna #Volodimir Zelenski #Faydalı qazıntılar sazişi #Ali Rada

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.