6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İnsanlıq Naminə Qurbanınızı Afrikada Kəsin (Təkrar)

Qurban kəsmək ən qədim ibadətlərdən biridir.

21 May 2025 13:01
İnsanlıq Naminə Qurbanınızı Afrikada Kəsin (Təkrar)

BAKI,AzerVoice

Qurban – sözü ərəbcə "yaxınlaşmaq" mənasını verir. İslamda bu anlayış, insanın malından Allah yolunda pay verərək Onun rizasını qazanmaq istəyi ilə bağlıdır. Qurban, sadəcə heyvan kəsmək deyil, eyni zamanda Allaha yaxınlaşmaq, ixlas və təslimiyyətin göstəricisidir.

Qurbanın dini mənşəyi:

Qurban kəsmək ən qədim ibadətlərdən biridir.Bu ayin İlk dəfə Adəm peyğəmbərin(a.s.) oğulları tərəfindən həyata keçirilib. Onlardan biri qurbanı ixlasla kəsdiyi üçün qəbul olunmuş, digəri isə niyyətində səmimi olmadığı üçün qurbanı rədd edilmişdi. Qurani Kərimdə bu hadisə Maidə surəsinin 27-ci ayəsində qeyd olunur.

Qurani-Kərimdə bir çox peyğəmbərlərə qurban kəsmək əmr olunmuş, Həcc mərasimində də bu ibadət vacib sayılmışdır. Kövsər surəsində Allah Rəsulu Məhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm)və onun ümmətinə qurban kəsmək əmr olunmuşdur.

Qurbanın dini hökmü:

Alimlər arasında qurban kəsməyin hökmü barədə müxtəlif fikirlər var. Əksər alimlər bunu vacib deyil, güclü tövsiyə edilən bir ibadət kimi dəyərləndirirlər. Lakin Hənəfi məzhəbinə görə, qurban kəsmək vacib əməllərdən sayılır. Şafii məzhəbinə görə isə bu, tərk edilməməli olan mühüm bir sünnədir – yəni “vacib sünnətdir”.

Kimlər qurban kəsməlidir?

İslamda qurban kəsmək üçün əsas şərt maddi imkandır. Əsas ehtiyaclarını ödədikdən sonra artıq mülkə sahib olan hər kəs bu ibadəti yerinə yetirə bilər. Zəkatdan fərqli olaraq, qurban kəsmək üçün malın üzərindən bir ilin keçməsi şərt deyil.

Qurbanınızı Afrikada kəsin.

Qurban ibadətini yerinə yetirmək üçün coğrafi məhdudiyyət yoxdur. Hər bir müsəlman öz qurbanını Afrika ölkələrində kasıb müsəlmanlar üçün kəsdirə bilər. Bu həm Allah rizasını qazanmaq, həm də yardıma möhtaclara kömək etmək baxımından böyük savab qazandırır. “Amel Salih” ictimai birliyi sizlərə bu xeyirxah əməlin həyata keçirilməsi üçün xidmət göstərir.

"AMEL SALİH" İctimai birliyi artıq üç ildir ki, Nigeriya Federativ Respublikasında və Benində rəsmi qeydiyyatdan keçmiş və 4 ildir ki, Afrikanın 38 ölkəsində aktiv şəkildə xeyriyyə istiqamətində fəaliyyət göstərir. Birliyimiz "Afrikada Qurban" layihəsiyləistər şəxsi, istərsə də firma və təşkilatlardan sifarişlər almağa hazırdır.

"Qurban" layihəsinin həyata keçirilməsi mərhələləri:

  1. Xeyriyyəçi sifariş vermək istədiyi qurbanlıq heyvanların sayını nümayəndəmizə bildirməlidir.
  2. Xeyriyyəçi tələb olunan məbləği Qurban layihəsi üçün nəzərdə tutulmuş hesaba köçürməlidir.
  3. Xeyriyyəçi məbləğin köçürüldüyünə dair qəbzi nümayəndəmizə göndərməlidir.
  4. Xeyriyyəçi siyahıya salınması üçün qurbanın kimin adına kəsiləcəyini qeyd etməli və ya sifarişçilər siyahısında adını qeyd etdirmədən də anonim şəkildə kəsdirə bilər.
  5. Bütün siyahılar hazırlanaraq ölkələr arasında paylaşıldıqdan sonra Qurban bayramına qədər qurban kəsən şəxsə qurbanın kəsildiyi ölkənin adı, sifarişçinin adı və qurbanın siyahıdakı nömrəsi haqqında məlumat təqdim olunacaq.
  6. Siyahıda qeyd olunan hər bir qurban kəsildikdən dərhal sonra kəsim prosesini sənədləşdirən fotoşəkillər və video material Qurban bayramı günlərində qurban kəsdirən xeyriyyəçiyə göndəriləcək. Qurbanların kəsilməsi, habelə foto və videoların sifarişçilərə göndərilmə ardıcıllığı hər bir ölkədəki şəraitdən və vəziyyətdən asılı olacaq.

Qurban layihəsi barədə daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: QURBAN 2025 Afrika Proqramı

Məqalədə: #Afrika #AMEL SALİH

Mövzu üzrə digər xəbərlər

ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj
Digər Dövlətlər

ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

28 Avqust 12:33
Azərbaycan Afrika Respublikasına başsağlığı verib
Siyasət

Azərbaycan Afrika Respublikasına başsağlığı verib

20 Avqust 12:10
Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası
Tibbi ensiklopediya- Xəstəliklər və fobiyalar

Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası

12 İyul 12:00
Mozambik prezidenti silahlı qrupları dialoqa çağırdı - Kabo Delgado bölgəsində sülh ümidləri müzakirədə
Digər Dövlətlər

Mozambik prezidenti silahlı qrupları dialoqa çağırdı - Kabo Delgado bölgəsində sülh ümidləri müzakirədə

4 İyul 14:48

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.