10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yəməndən İsrailə yeni raket zərbəsi

22 May 2025 15:00
Yəməndən İsrailə yeni raket zərbəsi

BAKI, AzerVoice

Yəməndən atılan raket İsrailin Ben Qurion hava limanının fəaliyyətini iflic edib.

AzerVoice xəbər verir ki, Yəməndəki husilərin İsrailə qarşı həyata keçirdiyi raket hücumu nəticəsində Ben Qurion Beynəlxalq Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Hücumun ardından təhlükəsizlik tədbirləri gücləndirilib, sərnişinlər sığınacaqlara yönləndirilib.

İsrail mediası, xüsusilə Kanal 12 televiziyası, Tel-Əviv yaxınlığındakı hava limanında sirenlərin səslənməsi ilə yanaşı, həm uçuşların, həm də enişlərin qısa müddətə dayandırıldığını bildirib.

Husilərin sözçüsü Yəhya Seri məsələ ilə bağlı açıqlamasında “Zülfikar” ballistik raketi ilə Lod (Ben Qurion) Hava Limanına qarşı əməliyyat həyata keçirildiyini bildirib. Hücumun Tel-Əviv və Hayfadakı əlavə hədəfləri də əhatə etdiyi qeyd olunub.

İsrail ordusu isə son 24 saat ərzində Yəməndən iki ballistik raketin qarşısının alındığını və protokola uyğun olaraq xəbərdarlıq sirenlərinin işə salındığını açıqlayıb.

Husilər həmçinin bəyan ediblər ki, İsrailin Qəzzaya davam edən hücumları fonunda Ben Qurion hava limanı və hava yolları təhlükəsiz deyil. Onlar beynəlxalq aviaşirkətləri İsrailə uçuşlardan çəkinməyə çağırıblar.

Qeyd edək ki, husilər daha əvvəl – mayın 4-də də Ben Qurion hava limanına ballistik raket atmışdılar. Həmin tarixdən sonra bir sıra beynəlxalq hava yolları İsrailə uçuşlarını dayandırıb.

Bununla yanaşı, husilər mayın 20-də Hayfa limanını mühasirəyə alacaqlarını elan ediblər. ABŞ isə mart ayından etibarən husilərə qarşı hava zərbələrinə başladığını açıqlamışdı. Oman XİN rəhbəri Bədr əl-Busaidi isə mayın 6-da ABŞ ilə husilər arasında Qırmızı dəniz və Bab əl-Məndəb boğazında atəşkəs razılaşmasının əldə olunduğunu bildirmişdi.

Məqalədə: #Yəmən #Husilər #Təl-Əviv #Yəməndə Husiilər 2025 #İsrail-HƏMAS müharibəsi və Yəmən reaksiyası #Yəmən husiləri İsrail hücumu #Zülfikar ballistik raketi #Tel-Əviv hava limanı hücumu #İsrailə qarşı ballistik raket təhdidi

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.