9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Konqo ilə ABŞ arasında xammal razılaşması bu yay imzalana bilər

25 May 2025 19:22
Konqo ilə ABŞ arasında xammal razılaşması bu yay imzalana bilər

BAKI, AzerVoice

Konqo Demokratik Respublikası (KDR) ilə ABŞ arasında ölkənin zəngin təbii resurslarına Amerika kapitalının geniş çıxışını və qarşılığında təhlükəsizlik sahəsində dəstəyin verilməsini nəzərdə tutan razılaşma bu yay imzalana bilər.

AzerVoice xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat verib.

Eyni zamanda KDR ilə Ruanda arasında sülh sazişi də paralel şəkildə hazırlanır və hər iki sənədin iyun ayının sonuna qədər imzalanması mümkündür. Lakin bu istiqamətdə hələ də əngəllər qalmaqdadır. KDR rəhbərliyi hər iki sazişi bir-biri ilə əlaqələndirir və Ruanda qoşunları şərqi Konqodan çəkilmədən, həmçinin Ruandanın M23 üsyançı qruplaşmasına dəstəyi dayandırılmadan ABŞ ilə xammal razılaşmasını imzalamaq istəmir.

ABŞ Prezidenti Donald Trampın Afrika üzrə baş müşaviri Massad Bulos bu ilin aprel ayında KDR və Ruanda hökumətlərinə sülh sazişinin ilkin layihəsini təqdim edib. O, gələn həftə Vaşinqtonda sülh danışıqlarının yeni mərhələsini təşkil etməyə çalışır.

KDR-nin Mədən Sənayesi naziri Kizito Pakabomba bildirib ki, ABŞ ilə bu razılaşma Konqonun tərəfdaş şəbəkəsini genişləndirməyə, eyni zamanda Çindən asılılığını azaltmağa imkan verəcək. Hazırda Çin, KDR-nin xammal sektorunda əsas hegemon gücdür."Africa Confidential"-ın məlumatına görə, bu xammal müqabilində təhlükəsizlik razılaşmasının ümumi dəyəri 3 trilyon dollar həcmində ola bilər.

Məlumat üçün bildirək ki, KDR dünyanın əsas mineral ehtiyatlarına sahib ölkələrindən biridir. Ölkə, xüsusilə elektromobil sənayesi üçün həyati əhəmiyyət daşıyan kobalt ehtiyatlarının təxminən 50 faizinə sahibdir.

Həmçinin qeyd edək ki, KDR rəhbərliyi Ruandanı ölkənin şərqindəki üsyançı qrupları dəstəkləməkdə ittiham edir. Ruanda isə öz növbəsində Konqonu ölkəsində hakimiyyəti devirməyə çalışan silahlı dəstələrə yardım göstərməkdə günahlandırır. Bu qarşılıqlı ittihamlar, razılaşmaların gələcəyini təhlükə altına qoyan əsas siyasi maneələrdən biridir.

Məqalədə: #ABŞ #Konqo #saziş

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.