12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Rusiyanın müharibədəki itkiləri 1 milyona yaxınlaşır - Ukrayna

26 May 2025 16:03
Rusiyanın müharibədəki itkiləri 1 milyona yaxınlaşır - Ukrayna

BAKI, AzerVoice

Ukrayna Baş Qərargahı Rusiyanın 2022-ci ilin fevralında başladığı genişmiqyaslı işğalından bu yana cəbhədə təxminən 1 milyon canlı qüvvə itkisi verdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki,, Rəsmi Kiyev bu rəqəmlərin təkcə ölənləri, yoxsa yaralı, itkin düşən və əsir götürülənləri də əhatə edib-etmədiyini dəqiq açıqlamasa da, ehtimal olunur ki, qeyd olunan rəqəmlər ümumi itkiləri əhatə edir.

Volodimir Zelenski 2024-cü ilin fevralında açıqlamasında bildirib ki, indiyə qədər 46 mindən çox ukraynalı əsgər həlak olub, təxminən 380 min nəfər yaralanıb, on minlərlə əsgər isə ya itkin düşüb, ya da Rusiya tərəfindən əsir götürülüb.

Rusiyanın Müdafiə nazir müavini Anna Tsivilyova isə 2024-cü ilin noyabrında verdiyi açıqlamada, itkin düşmüş əsgərlərin yaxınlarından 48 minə yaxın DNT nümunəsi toplandığını bildirib.

Hazırda Rusiya ordusu gündə təxminən 1000 nəfər itki verir. Bu səbəblə Moskva xarici döyüşçüləri də ordusuna cəlb etməyə çalışır.

Kiyevin verdiyi məlumata görə, ən azı 160 Çin vətəndaşı da Rusiya ordusunda xidmət edir. Çin hakimiyyəti bu şəxslərin rəsmi deyil, könüllü döyüşçülər olduğunu iddia edir.

Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Rusiya ordusu yay aylarında yeni genişmiqyaslı hücuma hazırlaşır. Cəbhə xətti 1000 km-dən artıq bir ərazini əhatə edir və döyüşlər xüsusilə Donetsk bölgəsində, Pokrovsk və Kostyantynivka ətrafında intensivləşib.

Rusiya Prezidenti Vladimir Putin son çıxışında Ukrayna ilə sərhəddə “təhlükəsizlik bufer zonası” yaradılması qərarını elan edib. O, bu tapşırığın hazırda Rusiya Silahlı Qüvvələri tərəfindən yerinə yetirildiyini bildirib.

Putin bu açıqlamanı Kursk, Belqorod və Bryansk bölgələrinin rəhbərlərinin təhlükəsizlik tələblərindən sonra səsləndirib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə daha da irəli gedərək, Ukraynanın demək olar ki, bütün ərazisinin “bufer zona” kimi Rusiyanın nəzarətində olması çağırışı ilə çıxış edib.

Məqalədə: #Rusiya #Moskva #Vladimir Putin #Ukrayna #Volodimir Zelenski #Kiyev #Rusiya-Ukrayna müharibəsi

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.