11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hindistanda yeni COVID-19 variantları aşkarlanıb

28 May 2025 12:01
Hindistanda yeni COVID-19 variantları aşkarlanıb

BAKI, AzerVoice

Hindistanda COVID-19 halları artır - həftəlik yoluxma 257-dən 1 100-ə yüksəlib.

AzerVoice xəbər verir ki, Hindistanda COVID-19-un yeni alt variantlarının yayılması fonunda yoluxma hallarında artım müşahidə olunur.

Rəsmi məlumatlara görə, ölkədə aktiv yoluxma sayı 1 010-a çatıb. Ən çox yoluxma halı 335 hadisə ilə Kerala ştatında qeydə alınıb. Maharaştrada 153, Dehlidə 99 və Qucaratda isə 76 yeni yoluxma baş verib. Pəncab ştatı isə bu gün ilk yoluxma hadisəsini elan edib və əlaqələrin izlənilməsinə başlayıb.

Qeyd edək ki, artım COVID-19-un NB.1.8.1 və LF.7 adlı iki yeni alt variantının yayılması ilə üst-üstə düşür. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu variantları yaxından izləyir. İlkin qiymətləndirmələrə əsasən, NB.1.8.1 variantı insan hüceyrələrinə daha güclü bağlandığı üçün əvvəlki variantlardan daha sürətlə yayıla bilər. Lakin indiyədək bu variantların xəstəliyin şiddətini artırdığına dair sübut yoxdur.

Mütəxəssislər ictimaiyyəti panikaya düşməməyə çağırır. Bildirilir ki, yeni yoluxma hallarının əksəriyyətində simptomlar yüngüldür. Eyni zamanda, əyalət rəhbərlikləri gigiyena qaydalarına əməl olunmasına və profilaktik tədbirlərin gücləndirilməsinə çağırış edir. Hindistan Səhiyyə Nazirliyi xəstəxanaların mümkün artıma hazır olduğunu bəyan edib.

2025-ci ildən etibarən müşahidə olunan COVID-19 simptomları əsasən boğaz ağrısı, yorğunluq, yüngül öskürək, əzələ ağrıları, qızdırma, baş ağrısı, burun tutulması, ürəkbulanma və yüngül mədə-bağırsaq pozuntuları şəklində özünü göstərir. Simptomlar 3-4 gün ərzində keçməzsə, sürətli antigen və ya PCR testlərinin aparılması tövsiyə olunur.

Qeyd edək ki, Hindistanda COVID-19 pandemiyası 2020-ci ilin mart ayında başlayıb və ölkə iki böyük yoluxma dalğası ilə üzləşib. Ümumilikdə 5 milyondan çox insan həyatını itirib. Epidemiya ilk dəfə 30-dan çox yoluxma halı ilə Kerala ştatında qeydə alınmışdı.

Məqalədə: #COVİD-19 #Hindistan #epidemiya #COVID-19 və antibiotik müqaviməti #COVID-19 yay mövsümü #2025-ci ildə COVID-19 #COVID-19 simptomları

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Digər Xəbərlər

Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib

10 Sentyabr 19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Digər Dövlətlər

Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir

10 Sentyabr 19:35

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.