14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İtaliya Baş naziri Yaxın Şərqdə sülh çağırışı edib

6 İyun 2025 09:22
İtaliya Baş naziri Yaxın Şərqdə sülh çağırışı edib

BAKI, AzerVoice

Melonidən İsrailin Qəzza əməliyyatlarına sərt reaksiya - Qəbuledilməz ölçülərə çatıb.

AzerVoice xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarının qəbuledilməz həddə çatdığını və dərhal dayandırılaraq mülki əhalinin qorunmalı olduğunu bildirib.

“İsrailin reaksiyası qəbuledilməz səviyyəyə yüksəlib. Həmas bölgədə müharibə başlatmış olsa da, cavab tədbirləri mülki əhalini qoruyacaq şəkildə həyata keçirilməlidir.” - deyə Meloni bildirib.

Baş nazir, İtaliyanın Qəzza xalqına ən çox humanitar yardım edən ölkələrdən biri olduğunu vurğulayıb. Eyni zamanda Körfəz ölkələri və ərəb dövlətlərinin Yaxın Şərqdəki böhranın əsas iştirakçıları olduğuna inandığını ifadə edib.

Meloni çıxışında Rusiya-Ukrayna müharibəsinə də toxunaraq,

“ABŞ prezidenti Donald Trampın Ukraynanın NATO-ya üzvlüyünün gündəmdə olmadığını bildirməsi və Rusiyanın beynəlxalq sistemə reinteqrasiya ehtiyacından bəhs etməsi fonunda Moskvanın barışa doğru real addımlar atması gözlənilirdi. Lakin əksinə, Rusiya sülh əvəzinə təbliğat məqsədli danışıqlar və mülki hədəflərə hücumlarla cavab verir.” - deyə qeyd edib.

İtaliyanın böyük iqtisadi güc olduğunu bildirən Meloni, ölkəsinin Avropa İttifaqında “Fransa və Almaniyanın ehtiyat təkəri olmamaq” mövqeyini qoruduğunu deyib.

İtaliya baş naziri daxili siyasətlə bağlı məsələlərə də toxunaraq, əcnəbilərə vətəndaşlıq verilməsi üçün tələb olunan 10 illik fasiləsiz yaşayış müddətinin 5 ilə endirilməsi barədə referendumla bağlı iştirak etməyəcəyini bəyan edib.

“İtaliyada vətəndaşlıq qanunu çox yaxşı işləyir. Hər il Avropada ən çox vətəndaşlıq verən ölkələrdən biri oluruq. Lakin vətəndaşlıq hüququ ilə bağlı bürokratik proseslərin sadələşdirilməsi istiqamətində işlər aparılır.” - deyə o qeyd edib.

Məqalədə: #İsrail #Rusiya #Qəzza zolağı #ABŞ #Donald Tramp #İtaliya #Ukrayna #Giorgia Meloni #Rusiya-Ukrayna münaqişəsi #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

13 Sentyabr 18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

13 Sentyabr 18:03

Son Xəbərlər

Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.