13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampın adı Epstein sənədlərində keçir - Mask

6 İyun 2025 11:14
Trampın adı Epstein sənədlərində keçir - Mask

BAKI, AzerVoice

Trampın adı Epstein sənədlərində var, ona görə də onlar açıqlanmır.

AzerVoice xəbər verir ki, Tesla və SpaceX-in rəhbəri, eyni zamanda X (keçmiş Twitter) platformasının sahibi olan Elon Musk Ceffri Epşteyn işi ilə bağlı mübahisəli açıqlama verib.

Musk cümə axşamı gecə X hesabında paylaşdığı yazıda “Trampın adı Epstein sənədlərində var. Faylların ictimaiyyətə açıqlanmamasının əsl səbəbi budur.” - deyə bildirib.

Paylaşımını “Gününüz xoş keçsin DJT!” sözləri ilə tamamlayan Musk, dolayısıyla Trampa birbaşa müraciət edib. Qeyd edək ki, “DJT” ifadəsi tez-tez Donald J. Trump-ın abreviaturası kimi istifadə olunur.

Milyarder sahibkar bu iddiasını əsaslandırmaq üçün heç bir sübut təqdim etməyib və sənədlərə necə çıxış əldə etdiyini açıqlamayıb.

Xatırladaq ki, bir müddət əvvəl Tramp administrasiyası tərəfindən dövlət xərclərinə nəzarət üçün yaradılan Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən Elon Musk, ötən həftə bu vəzifədən istefa verib. Bundan sonra o, Trampın təqdim etdiyi vergi və xərclər paketini “biabırçılıq” adlandıraraq kəskin tənqid edib.

Tramp isə cavabında Truth Social platformasında Muskdan hökuməti tərk etməsini xahiş etdiyini bildirib və onu “səbirli olmamaq” və “dəli olmaq”da günahlandırıb.

Qeyd edək ki, Ceffri Epstein yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar və insan alveri ittihamı ilə 2019-cu ildə həbs olunmuş və məhkəməni gözləyərkən Nyu-York həbsxanasında ölü tapılmışdı. Onun ölümü rəsmi olaraq “intihar” kimi qeydə alınsa da, bu, ABŞ ictimaiyyətində və beynəlxalq mediada mübahisə doğurmuşdu.

Epstein ilə əlaqəli şəxslər arasında həmçinin sabiq prezidentlər Bill Klinton və Donald Tramp, Britaniya şahzadəsi Endryu, maq İllüziyaçı Devid Kopperfild və müğənni Maykl Ceksonun da adı hallanıb.

Məqalədə: #ABŞ #Donald Tramp #İlon Mask #Tesla #Maskın hökumətlə əlaqəsi #Mask və Tramp administrasiyası #Maskın siyasi təsiri #Ceffri Epşteyn

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

19:40
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran

İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb

18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb

18:03
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22

Son Xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.