12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yunanıstan Livana 13 Ədəd Zirehli Texnika Hədiyyə Edəcək

Yunanıstan, bölgədə artan qeyri-sabitlik şəraitində Livan Silahlı Qüvvələri ilə əməkdaşlığı gücləndirmək məqsədilə bu ölkəyə 13 ədəd M113 tipli zirehli personal daşıyıcı (ZPT) texnika hədiyyə etməyə qərar verib.

12 İyun 2025 16:44
Yunanıstan Livana 13 Ədəd Zirehli Texnika Hədiyyə Edəcək

BAKI, AzerVoice

Yunanıstan, bölgədə artan qeyri-sabitlik şəraitində Livan Silahlı Qüvvələri ilə əməkdaşlığı gücləndirmək məqsədilə bu ölkəyə 13 ədəd M113 tipli zirehli personal daşıyıcı (ZPT) texnika hədiyyə etməyə qərar verib.

AzerVoice xəbər verir ki, qərar Yunanıstan Parlamenti tərəfindən qəbul edilib və Livan Prezidenti Cozef Aunun Baş nazir Kiriakos Miçotakisa ünvanladığı rəsmi müraciətdən sonra rəsmiləşib.

Hədiyyə ediləcək texnikalar Yunanıstan Quru Qoşunlarının arsenalından təmin olunacaq. Texniki baxış və təmir proseslərindən sonra 13 ədəd ZPT Livana təhvil veriləcək.

Zirehli texnikaların verilməsi, Aunun hələ Livan Silahlı Qüvvələrinin baş komandanı olduğu dövrdə başlanmış danışıqların nəticəsi hesab olunur. Təhvil prosesi, Afina ilə Beyrut arasında Livan Ordusunun struktur islahatlarını dəstəkləyən genişmiqyaslı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Mövcud əməkdaşlıq yalnız texnika ilə məhdudlaşmır. Yunanıstan tərəfi Livanlı zabitlərin öz hərbi məktəblərində, o cümlədən Quru Qoşunları və Dəniz Qüvvələri Akademiyalarında təlim görməsinə dəstək verir. Gələcəkdə bu proqramların miqyası genişləndiriləcək.

Eyni zamanda, iki ölkə arasında dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıqla bağlı danışıqların da davam etdiyi bildirilir.

Məqalədə: #Livan #Yunanıstan #hərbi əməkdaşlıq #əməkdaşlıq əlaqələri #İkitərəfli əlaqələr #Cozef Aun #Livan Prezidenti Cozef Aun və sərhəd təhlükəsizliyi

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.