9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Meloni Yaxın Şərq böhranı ilə bağlı diplomatik təmaslarını artırıb

İtaliyanın baş naziri Giorgia Meloni Yaxın Şərq böhranı ilə bağlı beynəlxalq liderlərlə məsləhətləşmələr aparıb.

14 İyun 2025 17:16
Meloni Yaxın Şərq böhranı ilə bağlı diplomatik təmaslarını artırıb

BAKI, AzerVoice

İtaliyanın baş naziri Giorgia Meloni Yaxın Şərq böhranı ilə bağlı beynəlxalq liderlərlə məsləhətləşmələr aparıb.

AzerVoice xəbər verir ki, İtaliyanın baş naziri Giorgia Meloni Yaxın Şərqdəki gərgin vəziyyətlə bağlı ABŞ, Avropa İttifaqı və Orta Şərq ölkələrinin liderləri ilə telefon danışıqları aparıb.

Meloni bu danışıqlarda bölgədəki humanitar böhran və İranın nüvə silahına malik olmaması zərurətini vurğulayıb.

Baş nazir Meloni ABŞ Prezidenti Donald Tramp, Almaniya kansleri Fridrix Merz, Aİ Komissiya sədri Ursula von der Leyen, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, İordaniya kralı II Abdullah, Oman sultanı və Birləşmiş Ərəb Əmirliklərinin liderləri ilə fikir mübadiləsi aparıb. O, həmçinin İsrailin baş naziri Benyamin Netanyahu ilə də birbaşa əlaqə saxlayıb.

Meloni bildirib ki, İtaliya əvvəllər İran və ABŞ arasında keçirilmiş iki nüvə danışıqlarına ev sahibliyi etdiyi kimi, diplomatik səylərə yenidən dəstək verməyə və vasitəçilik rolunu üzərinə götürməyə hazırdır.

Telefon danışığında o, Netanyahuya “İranın heç bir halda nüvə silahı əldə etməməli olduğunu” xatırladıb, həmçinin Qəzza zolağında mülki əhaliyə humanitar yardımın dərhal təmin edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, iyunun 13-də İsrailin İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə həyata keçirdiyi hücumlar nəticəsində İran ordusunun yüksək rütbəli komandirləri və 9 nüvə alimi həlak olub. İnsidentdən sonra İran İsrailə ballistik raketlərlə cavab verib, nəticədə azı 63 nəfər yaralanıb. Hadisələr beynəlxalq narahatlıq doğurub və bir sıra ölkələr, o cümlədən Türkiyə, İsraili qınayıb.

Məqalədə: #İsrail #İran #İtaliya #Giorgia Meloni #Yaxın Şərq #İran və İsrail gərginliyi #İran-İsrail gərginliyi #İran-İsrail münasibətləri #İsrailin İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
Digər Dövlətlər

ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək

18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran

İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb

18:25
Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir
Digər Dövlətlər

Britaniya iki dövlətli həll üçün tədbirləri gücləndirir

18:11
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.