12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Təl-Əvivin nüvə planı Fordonun sıradan çıxarılmasıdır

İranla hərbi qarşıdurmanın dördüncü günündə İsrailin əsas narahatlığı Fordo nüvə obyektini hədəfə almaq planıdır.

16 İyun 2025 10:15
Təl-Əvivin nüvə planı Fordonun sıradan çıxarılmasıdır

BAKI, AzerVoice

İsrailin müharibə planında əsas hədəf- Fordo nüvə obyektidir.

AzerVoice xəbər verir ki, İranla hərbi qarşıdurmanın dördüncü günündə İsrailin əsas narahatlığı Fordo nüvə obyektini hədəfə almaq planıdır.

Təl-Əviv, dağın 1 kilometr dərinliyində yerləşən və İranın nüvə proqramının əsası sayılan bu obyektin məhv edilməməsi halında bütün hərbi əməliyyatların mənasız qalacağını bildirir.

İsrailin F-35 təyyarələri ilə Tehrana, Təbrizə və İsfahana hücumlarına cavab olaraq İran da Tel-Əviv, Yaffa və Bat Yamı ballistik raketlərlə vurub. Münaqişə zamanı qarşılıqlı olaraq neft emalı zavodları hədəfə alınsa da, İsrailin əsas məqsədi – Fordo uran zənginləşdirmə qurğusu – toxunulmaz qalıb.

İsrailin Fordoya hücum etmək imkanlarının məhdud olduğu vurğulanır. Tel-Əvivin hazırda bu səviyyədə dərinliyi hədəfə ala biləcək nə “bunker buster” bombaları, nə də ağır bombardmançı təyyarələri var. Axios saytının təhlilində qeyd edilir ki, bu hədəfə çatmaq üçün ya “taktiki möcüzə” baş verməlidir, ya da ABŞ əməliyyata birbaşa dəstək verməlidir.

“Bütün bu əməliyyat Fordonun sıradan çıxarılması ilə nəticələnməlidir.” - deyə İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter Fox News-a bildirib. Ancaq hazırkı mərhələdə ABŞ prezidenti Donald Tramp administrasiyası hərbi müdaxilə mövzusunda ehtiyatlı davranır. Ağ Evdən verilən açıqlamada əməliyyata qoşulmaq məsələsinin təsdiqlənmədiyi bildirilib.

Qeyd edək ki, Tehrandan 160 km cənubda, Qum şəhəri yaxınlığında yerləşən Fordo nüvə obyektinin varlığı 2009-cu ildə aşkar edilib. 2015-ci ildə imzalanan nüvə sazişinə əsasən obyekt tədqiqat mərkəzinə çevrilməli idi, lakin Trampın 2018-ci ildə sazişdən çıxması ilə İran uranı zənginləşdirmə fəaliyyətlərini bərpa edib.

MAQATE-nin son hesabatında İranın 60% zənginləşdirilmiş urana sahib olduğu və 90%-ə çatarsa, altı nüvə bombası istehsal edə biləcəyi qeyd olunub. Mütəxəssislər bu qədər zənginləşdirilmiş uranın dinc məqsədlər üçün istifadə edilməsinin real olmadığını bildirirlər.

Onu da qeyd edək ki, İsrail rəsmiləri ABŞ-ın dəstəyini almadan Fordo kimi strateji bir obyektə müdaxilə edə bilməyəcəklərini etiraf edirlər. Əgər Vaşinqton yaxın günlərdə əməliyyata dəstək verməzsə, İsrailin atəşkəsi qəbul etməkdən başqa alternativi qalmaya bilər.

Məqalədə: #İsrail #İran #ABŞ-İran münasibətləri #ABŞ-İsrail əməkdaşlığı #İran-İsrail gərginliyi #İranın uran zənginləşdirməsi #İran və İsrail qarşıdurması #İran-İsrail münasibətləri #Uran zənginləşdirmə mübahisəsi #İsrail İran hücumu

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.