9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran öz vətəndaşlarına WhatsApp ilə bağlı xəbərdarlıq edib

İran dövlət televiziyası çərşənbə axşamı verdiyi açıqlamada vətəndaşları telefonlarından WhatsApp-ı silməyə çağırıb. Bəyanatda heç bir konkret sübut təqdim edilmədən proqramın istifadəçi məlumatlarını toplayıb İsrailə göndərdiyi iddia edilir.

18 İyun 2025 09:25
İran öz vətəndaşlarına WhatsApp ilə bağlı xəbərdarlıq edib

BAKI, AzerVoice

İran dövlət televiziyası çərşənbə axşamı verdiyi açıqlamada vətəndaşları telefonlarından WhatsApp-ı silməyə çağırıb. Bəyanatda heç bir konkret sübut təqdim edilmədən proqramın istifadəçi məlumatlarını toplayıb İsrailə göndərdiyi iddia edilir.

AzerVoice xəbər verir ki, Meta şirkətinə bağlı WhatsApp-dan verilən açıqlamada bu ittihamlar "əsassız" adlandırıldı. Şirkət bildirdi ki, "Bu cür yanlış məlumatların xidmətlərimizin bloklanması üçün bəhanə kimi istifadə edilməsindən narahatıq."

WhatsApp vurğuladı ki, mesajlar uçdan uca şifrələnir və şirkətin bu mesajlara daxil olmaq imkanı yoxdur. Açıqlamada deyilir: "İstifadəçilərin yerlərini izləmirik, mesajların məzmununa daxil olmuruq və hökumətlərə kütləvi məlumat vermirik."

Cornell Universitetindən kibertəhlükəsizlik mütəxəssisi Gregory Falco qeyd edib ki, mesaj məzmunları gizli saxlanılsa da, WhatsApp üzərindən göndərilən bəzi "metaməlumatlar" şifrələnmir və bu məlumatlar vasitəsilə istifadəçi davranışları qismən anlaşıla bilər.

Falco əlavə edib ki, WhatsApp məlumatları İran xaricində saxlanıla bilər və "Məlumat suverenliyi baxımından ölkələrin öz məlumatlarını öz sərhədləri daxilində saxlaması vacibdir."

Qeyd edək ki, İran əvvəllər bir çox sosial media platformasını qadağan edib. Lakin xalq VPN və proxy kimi vasitələrlə bu qadağaları keçməyə davam edir. 2022-ci ildə ölkə üzrə başlayan etirazlar zamanı WhatsApp və Google Play-ə giriş bloklanmış, bu qadağalar 2024-cü ilin sonunda aradan qaldırılmışdı.

WhatsApp ölkədə Instagram və Telegram ilə birlikdə ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən biri idi. Yeni çağırışdan sonra tətbiqin yenidən bloklanıb-bloklanmayacağı sual altındadır.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran "Həqiqi Vəd III Əməliyyatı" ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə: #WhatsApp #WhatsApp izləmə #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İran və İsrail kəşfiyyat savaşı #İran-İsrail münaqişəsi #İsrail İran hücumu #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.