8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp Kanadayla ticarət danışıqlarını dayandırdığını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Kanadayla ticarət danışıqlarını dərhal dayandırdığını bəyan edib.

28 İyun 2025 09:34
Tramp Kanadayla ticarət danışıqlarını dayandırdığını açıqlayıb

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp Kanadayla ticarət danışıqlarını dərhal dayandırdığını bəyan edib.

AzerVoice xəbər verir ki, Trampın sözlərinə görə, bu qərar Ottavanın böyük texnologiya şirkətlərinə yönəlik yeni vergi siyasətini tətbiq etməyə hazırlaşması fonunda qəbul edilib.

Prezident bu qərarı cümə günü sosial şəbəkələrdə açıqlayaraq, yaxın 7 gün ərzində Kanadaya qarşı yeni gömrük tariflərinin tətbiq ediləcəyini bildirib.

“Biz bu andan etibarən Kanada ilə aparılan bütün ticarət danışıqlarını dayandırırıq,” – deyə Tramp vurğulayıb.

Kanadanın ötən ildən qüvvəyə minmiş 3 faizlik rəqəmsal xidmət vergisi ABŞ-la münasibətlərdə əsas mübahisə predmeti olaraq qalır. Vergi əsasən Amazon, Apple və Google kimi amerikalı texnologiya nəhənglərinə tətbiq olunacaq. İş dünyasının hesablamalarına görə, bu vergi ABŞ şirkətlərinə illik 2 milyard dollardan çox zərər vura bilər.

Kanadalı rəsmilər məsələnin ABŞ-la aparılan ticarət danışıqları çərçivəsində həll ediləcəyinə ümid edirdilər. Yeni seçilmiş Baş nazir Mark Karni də əvvəlki aylarda Trampla münasibətlərin müsbət yöndə irəlilədiyini bildirib.

Bununla belə, Trampın sərt bəyanatına cavab olaraq Kanadanın Baş naziri Mark Karni açıqlama verib.

“Biz bu mürəkkəb danışıqları kanadalıların maraqlarına uyğun şəkildə davam etdirəcəyik”- deyə o bildirib.

Karni, həmçinin, Kanadanın ABŞ-la münasibətlərini “öz şərtləri ilə” qurmağa çalışacağını vurğulayıb.

ABŞ uzun illərdir Kanadanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə ABŞ Kanadadan 400 milyard dollardan çox dəyərində məhsul idxal edib. Lakin Tramp bu ilin əvvəlində sərhəddə narkotik qaçaqmalçılığı təhlükəsinə istinad edərək Kanadaya 25 faizlik yeni gömrük rüsumları tətbiq edib.

Məqalədə: #ABŞ #Kanada #Donald Tramp #Kanada və ABŞ gərginliyi #Mark Karni #iqtisadi və ticari əlaqələr #Kanada ABŞ münasibətləri

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

21:25
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

21:07

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.