15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

"Tesla"nın səhmləri Mask və Tramp arasında baş verən qalmaqaldan sonra dəyər itirib

Amerikanın "Tesla" şirkətinin səhmləri Nasdaq elektron birjasında keçirilən ilkin ticarət sessiyası zamanı İlon Mask ilə ABŞ prezidenti Donald Tramp arasında baş verən qalmaqal fonunda təxminən 8 faiz dəyər itirib.

1 İyul 2025 18:00
"Tesla"nın səhmləri Mask və Tramp arasında baş verən qalmaqaldan sonra dəyər itirib

BAKI, AzerVoice

Amerikanın "Tesla" şirkətinin səhmləri Nasdaq elektron birjasında keçirilən ilkin ticarət sessiyası zamanı İlon Mask ilə ABŞ prezidenti Donald Tramp arasında baş verən qalmaqal fonunda təxminən 8 faiz dəyər itirib.

AzerVoice xəbər verir ki, bu barədə birja məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 03:59-da "Tesla" səhmləri 3,85 faiz azalaraq bir səhm üçün 311,16 dollar səviyyəsinə düşüb. Saat 16:07-də isə qiymətlər daha da enərək 297,8 dollara qədər geriləyib ki, bu da 7,98 faiz azalma deməkdir.

Xatırladaq ki, Mask Trampın dövlət xərclərinin azaldılmasına dair qanun layihəsini tənqid edərək, ABŞ-da yeni siyasi partiyanın yaradılması ideyasını irəli sürmüşdü. O, X sosial şəbəkəsində bu partiyanın “Amerika Partiyası” adlandırıla biləcəyini təklif etmişdi.

Mask, bundan əvvəl ABŞ federal hökumətində səmərəliliyin artırılması üzrə departamentin (DOGE) koordinatoru və xüsusi statuslu ictimai əsaslarla çalışan dövlət qulluqçusu olub. O, faktiki olaraq Trampın ən yaxın çevrəsində yer alırdı. Lakin ABŞ mediasında yayımlanan məlumatlara görə, son həftələrdə aralarındakı münasibətlər Maskın biznes maraqları və bir sıra səbəblərdən pozulmağa başlayıb. Maskın dövlət qulluqçusu kimi fəaliyyətinə son verməsindən sonra tərəflər sosial şəbəkələr vasitəsilə bir-birlərinə qarşı açıq şəkildə tənqidi mövqelər nümayiş etdirməyə başlayıblar.

Sonradan Mask Trampa qarşı sərt açıqlamalar verdiyinə görə peşman olduğunu bildirib. “The New York Times” qəzetinin yazdığına görə, Mask bu bəyanatı X sosial şəbəkəsində paylaşmazdan əvvəl, iyunun 11-də Trampla telefon danışığı aparıb. İyunun 28-də isə Mask, Trampın dövlət xərclərinin azaldılmasına dair qanun layihəsini Senatda səsverməyə çıxarılmazdan öncə bir daha açıq şəkildə tənqid edib.

Məqalədə: #ABŞ #Donald Tramp #İlon Mask #Tesla

Mövzu üzrə digər xəbərlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Digər Dövlətlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb

14 Sentyabr 22:34
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
Digər Dövlətlər

İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp

14 Sentyabr 21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
İran

ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian

14 Sentyabr 21:50
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan

Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb

14 Sentyabr 20:51

Son Xəbərlər

Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
07:45
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.