6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Nüvə sənayesini güc yolu ilə dayandırmaq mümkün deyil - İran

İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami son hadisələrlə bağlı dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, ölkəsinin nüvə sənayesi yerli və milli bir struktur olduğu üçün bombardmanla məhv edilə bilməz.

2 İyul 2025 16:42
Nüvə sənayesini güc yolu ilə dayandırmaq mümkün deyil - İran

BAKI, AzerVoice

Nüvə sənayemizi bombalamaqla məhv etmək mümkün deyil.

AzerVoice xəbər verir ki, İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami son hadisələrlə bağlı dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, ölkəsinin nüvə sənayesi yerli və milli bir struktur olduğu üçün bombardmanla məhv edilə bilməz.

“Nüvə sənayesini bombalamaqla dayandırmaq mümkün deyil. Bu, milli sənayedir və inkişafı qətiyyətlə davam edəcək”, – deyə İslami bildirib.

İslami həmçinin ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumlarını pisləyib və bu addımların BMT qətnamələrinə zidd olduğunu vurğulayıb:
“Bu hücumlar beynəlxalq hüquqa ziddir və gücün hüququ əvəz etdiyi bir sistemin göstəricisidir. Güclü deyilsinizsə, sizi heç kim qorumaq istəmir.”

Bu arada, İran parlamenti tərəfindən daha əvvəl qəbul edilən və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (BAEA) əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun prezident Məsud Pezeşkian tərəfindən imzalanaraq bu gün qüvvəyə minib.

Qeyd edək ki, İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərini və yüksək rütbəli hərbi rəhbərləri hədəf alan irimiqyaslı hücumlara başlayıb. Bu hücumlar nəticəsində Baş Qərargah rəisi, SEPAH komandanları və 9 nüvə alimi də daxil olmaqla yüzlərlə insan həlak olub.

İranın verdiyi məlumata görə, ümumi mülki itki sayı 935, yaralı sayı isə 4870-dir. İsrailin isə İranın cavab hücumları zamanı 28 nəfər itki verdiyi, 1272 nəfərin yaralandığı bildirilir.

İyunun 22-də ABŞ da münaqişəyə müdaxilə edərək İranın Natanz, Fordo və İsfahandakı nüvə obyektlərini vurub. Bunun cavabında İran iyunun 23-də Qətərdə yerləşən ABŞ-ın Əl-Udeyd aviabazasını hədəfə alıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs əldə olunduğunu açıqlayıb.

Məqalədə: #İsrail #İran #BMT #ABŞ #SEPAH #nüvə proqramı #İranın nüvə proqramı #ABŞ-İran münasibətləri #İran-İsrail gərginliyi #Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) #İran Atom Enerjisi Təşkilatı (AEOİ)

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.