6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Növbəti ABŞ-Rusiya danışıqlarının dəqiq tarixi müəyyənləşməyib - Zaxarova

Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun tarixi hələ müəyyən edilməyib, lakin tərəflər fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində davamlı əlaqə saxlayır.

6 İyul 2025 03:41
Növbəti ABŞ-Rusiya danışıqlarının dəqiq tarixi müəyyənləşməyib - Zaxarova

BAKI, AzerVoice

Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun tarixi hələ müəyyən edilməyib, lakin tərəflər fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində davamlı əlaqə saxlayır.

AzerVoicexəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O xatırladıb ki, Rusiya-ABŞ münasibətlərindəki “qıcıqlandırıcılar”la bağlı artıq iki raund məsləhətləşmələr baş tutub. Onun sözlərinə görə, üçüncü raund planlaşdırılsa da, “Amerika tərəfi onu təxirə salıb”.

“Bütün gözlənilən nəticələrə təbii ki, nail olunmayıb, çünki Bayden-Obama dönəmində çox şey dağıdılıb. Bəzi ilkin və aralıq nəticələr əldə olunub, müəyyən məsələlərin həllinə nail olunub, lakin hələ çox iş görülməlidir” – deyə, o qeyd edib.

Onun sözlərinə görə, Rusiya və ABŞ heç vaxt rəsmi diplomatik münasibətləri kəsməyib. Amma Bayden və Obama rəhbərliyi dövründə “elə addımlar atılıb ki, qarşılıqlı diplomatik status formaca saxlanılsa da, Rusiya səfirliklərinin, konsulluqlarının, ticarət nümayəndəliklərinin və KİV-lərin fəaliyyəti maksimum dərəcədə çətinləşdirilib”.

Zaxarova həmçinin qeyd edib ki, ABŞ tərəfinin münasibətlərin bərpasına marağı aydın görünür:
“Bunu onların nümayəndələri müxtəlif sahələrdə – vətəndaş cəmiyyətində, biznesdə açıq şəkildə ifadə edirlər. Əlbəttə ki, bu dərhal baş verə bilməz, lakin bu istiqamətdə maraq açıq şəkildə mövcuddur.”

Məqalədə: #Rusiya #ABŞ #Mariya Zaxarova #danışıqlar

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.