10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qərbin Sanksiyaları İqlim Mübarizəsinə Əngəl Yaradır - Ərakçi

İranın xarici işlər naziri Abbas Ərakçi bəyan edib ki, inkişaf etmiş ölkələr tərəfindən tətbiq olunan birtərəfli sanksiyalar, xüsusilə siyasi motivli olanlar, iqlim dəyişikliyi və ekoloji böhranlara qarşı qlobal səyləri ciddi şəkildə zəiflədib.

8 İyul 2025 12:51
Qərbin Sanksiyaları İqlim Mübarizəsinə Əngəl Yaradır - Ərakçi

BAKI, AzerVoice

İranın xarici işlər naziri Abbas Ərakçi bəyan edib ki, inkişaf etmiş ölkələr tərəfindən tətbiq olunan birtərəfli sanksiyalar, xüsusilə siyasi motivli olanlar, iqlim dəyişikliyi və ekoloji böhranlara qarşı qlobal səyləri ciddi şəkildə zəiflədib.

AzerVoice xəbər verir ki, Braziliyada keçirilən BRİKS-in ətraf mühit və qlobal sağlamlıq mövzusunda sammitində çıxış edən Ərakçi, İrana qarşı yönəlmiş bu sanksiyaların, iqlim dəyişikliyinin dağıdıcı təsirlərinə qarşı mübarizə aparmağa çalışan ölkələr üçün real və ciddi maneələr yaratdığını bildirib.

Nazir bu sanksiyaları ədalətsiz və davamlı inkişaf və ətraf mühitin qorunması üzrə qlobal məqsədlərlə ziddiyyət təşkil edən addımlar adlandırıb.

Ərakçi vurğulayıb ki, iqlim dəyişikliyi artıq uzaq bir təhlükə deyil, bu gün milyonlarla insan üçün gündəlik həyatın tərkib hissəsinə çevrilib.

“Temperaturun artması, su ehtiyatlarının azalması, genişmiqyaslı meşə yanğınları, ekosistemlərin məhvi və iqlim səbəbli köçlər artıq reallıqdır”- deyə o bildirib.

Ərakçi bildirib ki, dünyanın ən həssas iqlim zonalarından birində yerləşən İran, daxili resurslarla su idarəçiliyi, bərpa olunan enerji və ekosistemlərin bərpası sahəsində proqramlar həyata keçirir. Lakin bu cəhdlərin dayanıqlı nəticə verməsi üçün iqlim ədalətinə ehtiyac olduğunu qeyd edib. O, sənayeləşmiş ölkələrin tarixi məsuliyyət daşıdığını və inkişaf etməkdə olan ölkələrə maliyyə və texnoloji dəstək göstərmələrinin zəruriliyini vurğulayıb.

Məqalədə: #İran #BRİKS #Qərb #İqlim dəyişikliyi #sanksiyalar #İqlim böhranı və dəniz səviyyəsi #Abbas Ərakçi

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.