11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İspaniya məhkəməsinə Netanyahuya qarşı şikayət ərizəsi təqdim edilib

İspaniyalı bir fəal “Madlin” gəmisinin İsrail qüvvələri tərəfindən ələ keçirilməsi səbəbilə İsrailin baş naziri Benyamin Netanyahuya qarşı İspaniya Krallığının Milli Məhkəməsinə şikayət ərizəsi təqdim edib.

8 İyul 2025 20:57
İspaniya məhkəməsinə Netanyahuya qarşı şikayət ərizəsi təqdim edilib

BAKI, AzerVoice

İspaniyalı bir fəal “Madlin” gəmisinin İsrail qüvvələri tərəfindən ələ keçirilməsi səbəbilə İsrailin baş naziri Benyamin Netanyahuya qarşı İspaniya Krallığının Milli Məhkəməsinə şikayət ərizəsi təqdim edib.

AzerVoice xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Sənəddə qeyd olunub ki, hakim bu məsələ üzrə istintaq aparmaq səlahiyyətinə malik olub-olmadığını dəqiqləşdirmək üçün prokurorluğa müraciət etmək qərarına gəlib. Şikayəti təqdim edən şəxs “Azadlıq Donanması” adlı koalisiyanın üzvü olan ispan vətəndaşı Serxio Toribiodur. Müraciət təkcə Netanyahuya deyil, həmçinin İsrailin müdafiə naziri İsrael Katsa və yəhudi dövlətin digər rəsmilərinə qarşı da yönəlib. İddiaçı bu hərəkətləri insanlığa qarşı cinayət və hərbi cinayətlər kimi qiymətləndirib.

Qeyd edək ki, iyunun 9-na keçən gecə İsrailin “Şayetet-13” adlı dəniz xüsusi təyinatlı qüvvələri “Madlin” gəmisinə nəzarəti ələ keçirib. Gəmi Qəzza sahillərinə doğru irəliləyirdi və göyərtəsində 12 nəfər fəal var idi. Hadisədən sonra gəmi İsrail sahillərinə yönləndirilib və sərnişinlər daha sonra deportasiya olunmaq üçün saxlanılıb.

“Azadlıq Donanması” koalisiyasına daxil olan “Madlin” gəmisi iyunun 1-də Siciliyadan yola düşərək Qəzza əhalisi üçün humanitar yardım aparırdı. Yardıma uşaq qidası, uşaq bezləri, un, düyü, su filtrləri, gigiyena vasitələri və tibbi avadanlıqlar daxil idi. İyunun 8-də müdafiə naziri Katsa ordunun gəmiyə Qəzza sahillərinə yaxınlaşmağa imkan verməmək üçün “istənilən tədbir” görməsi barədə göstəriş vermişdi.

Bu hadisədən sonra İsrailin İspaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili İspaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #İspaniya #məhkəmə #Madlin gəmisi

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10

Son Xəbərlər

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.