8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

BMT-nin Fələstin əraziləri üzrə məruzəçisi Nobel Sülh Mükafatına namizədliyini irəli sürür

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin ərazilərində insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Franseska Albanesenin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi üçün İtaliyada imza toplama kampaniyasına start verilib.

13 İyul 2025 00:16
BMT-nin Fələstin əraziləri üzrə məruzəçisi Nobel Sülh Mükafatına namizədliyini irəli sürür

BAKI, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin ərazilərində insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Franseska Albanesenin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi üçün İtaliyada imza toplama kampaniyasına start verilib.

AzerVoice-un məlumatına görə, müvafiq ictimai petisiya change.org portalında yerləşdirilib və üç gün ərzində 8,5 mindən çox imza toplanıb, imza verənlərin sayı isə sürətlə artır.

Xatırladaq ki, daha əvvəl ABŞ Franseska Albaneseyə qarşı sanksiyalar tətbiq etmişdi. Onu Fələstinlə bağlı hesabatları və çağırışlarına görə antisemitizmi yaymaqda və terrorizmi dəstəkləməkdə ittiham edirlər. Bu sanksiyalar birbaşa olaraq ABŞ-ın dövlət katibi Marko Rubio tərəfindən qəbul edilib.

“Franseska Albanese ona həvalə olunmuş mandat çərçivəsində ləyaqət, fədakarlıq və müstəqilliklə fəaliyyət göstərir, Fələstin əhalisinə qarşı hərbi cinayətləri, aparteidi və soyqırımı ifşa edir. Onun fəaliyyəti hüquq və ədalətə əsaslanan sülhün bərqərar olunmasına yönəlmiş konkret addımdır. Biz parlament üzvlərini, dövlət rəsmilərini, institutları və elmi ictimaiyyəti Albanesenin Nobel Sülh Mükafatına namizədliyini rəsmi şəkildə dəstəkləməyə çağırırıq” - deyə, petisiyada qeyd olunub.

Beynəlxalq hüquq üzrə ixtisaslaşmış və 2022-ci ildən BMT-nin xüsusi məruzəçisi olan Franseska Albanese özü bildirib ki, bu müddət ərzində o, BMT üçün altı hesabat hazırlayıb və daim törədilmiş cinayətlərin – qanunsuz həbslər, azyaşlılarla kobud rəftar və soyqırımların araşdırılmasının vacibliyinə diqqət çəkib. O, ictimaiyyət qarşısında İsrail hökumətini humanitar yardımların qarşısını almaqda və Qəzza zolağında elektrik enerjisinin verilməsini dayandırmaqda ittiham edib, Təl-Əvivə silah tədarükünün dayandırılmasına və baş nazir Benyamin Netanyahunun beynəlxalq ədalət qarşısına çıxarılmasına çağırıb.

BMT isə ABŞ-ın Franseska Albaneseyə qarşı tətbiq etdiyi sanksiyaları təhlükəli presedent adlandırıb və qlobal təşkilatın əməkdaşlarına qarşı belə məhdudiyyətlərin qəbuledilməz olduğunu bildirib.

Məqalədə: #BMT #Francesca Albanese

Mövzu üzrə digər xəbərlər

ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio
Digər Dövlətlər

ABŞ Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı sanksiyalarına qoşulmayacaq - Marko Rubio

19:34
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
Digər Dövlətlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır

19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Digər Xəbərlər

Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT

19:02

Son Xəbərlər

Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
Ərəb Liqası İsrailin Qəzza və İordan çayının qərb sahilindəki addımlarını pisləyib
Ərəb Liqası İsrailin Qəzza və İordan çayının qərb sahilindəki addımlarını pisləyib
19:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.